Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Su Ehtiyatları Agentliyində qudalar hakimiyyəti -Zaur Mikayılovu ifşa edən FOTO

Bir müddət əvvəl Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumda qudalarına yüksək vəzifə verməsi ilə bağlı məlumat yayılmışdı.
Yenixeber.org: Zaur Mikayılovun qudaları Əsəd Şirinov və Fuad Quliyevin Dövlət Su Agentliyində mühüm postlar tutması etirazlara və müzakirələrə səbəb olmuşdu.
Amma təxminən bir ilə öncə yayılmış bu məlumatlardan sonra qudaların tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı informasiya yayıldı.
Məlumatda bildirilirdi ki, Zaur Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Şirinov artıq vəzifəsindən istefa verib.
Agentlik sədrinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin isə təyinatı müvəqqəti olaraq dayandırılıb. Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.
Amma Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi saytındakı son məlumatlar qudaların hələ də iş başında olduğunu təsdiqləyir. Qudanın biri yenə aparat rəhbəri, digəri isə müşavir postunda yerindədir. (Savashmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam