Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir?/FOTOLAR

Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi ərazisində yerləşən sürüşmə zonasında 35-40 illik şam ağacları qırılıb.
Yenixeber.org: Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, sözügedən ağacların “Bakinskiy dvorik” restoranının sahibi tərəfindən məhv edildiyi iddia olunur.
Hazırda ərazidə qırılan ağacların yerində ağır texnikalar və fəhlələr çalışır, iaşə obyekti inşa olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovabildirdi ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə müvafiq araşdırma aparılır. 
Qeyd edək ki, Bayıl yamacında şam ağaclarının əkilməsi ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilib. Bu tədbir yamacın eroziyaya uğramasının və sürüşmələrin qarşısını almaq məqsədilə görülüb.
2015-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Badamdar qəsəbəsində ağacəkmə kampaniyası keçirilib və bu kampaniya çərçivəsində 1,500-dən çox müxtəlif ağac növləri əkilib. 
Dövlətin bu sahəyə həssas yanaşmasına baxamyaraq, çox təəssüf ki, Bakıda ayrı-ayrı məmurlar və onlara bağlı olan sahibkarlar tərəfindən ağacların qanunsuz kəsilməsi ciddi ekoloji problemlərdən biri olaraq qalır. 
Son illərdə paytaxtımızda tikinti layihələrinin artması, yeni yolların salınması və kommersiya məqsədilə aparılan fəaliyyətlər nəticəsində yaşıllıq əraziləri sürətlə azalır.
Xüsusilə, paytaxtın mərkəzi hissələrində və dənizkənarı ərazilərdə köhnə ağacların kəsilməsi tez-tez ictimai narazılığa səbəb olur. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qanunsuz qırılmasına qarşı tədbirlər görülsə də, cərimələr tətbiq edilsə də, ancaq ağacların məhv edilməsi faktları hələ də qalmaqdadır.(demokrat.az)









Vaqif Hüseynli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam