Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ölkədən qeyri-qanuni yolla 9 milyard dollar necə çıxarılır?

shutterstock_100194617

 ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı məlumat yayıb.
Xeberinfo.com:   Məlumata görə, ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri – qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb.Bu siyahıda Azərbaycan 17 –ci sırada dayanır.
Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb. Siyahıda 148 ölkənin adı var.
İlk sıralarda isə Çin 139,228 milyard dollarla Rusiya isə 104,977 milyard dollarla başçılıq edir.
2004-2013-ci illər arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ölkələr bu illər ərzində 7.8 trilyon dollar pul itirib. Təkcə 2013-cü ildə inkişaf etmiş və inkişafda olan ölkələrdən 1,1 trilyon dollar qanunsuz yollarla pul çıxarılıb. Qanunsuz sərmayə çıxışları vergidən yayınma, cinayət, korrupsiya və digər qanunsuz fəaliyyət növləri ilə bağlıdır.

Dövlətlərin qanunsuz pul çıxarılmasının illər üzə artım səviyyəsi

Rəqəmlərdən aydın olur ki, Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qanunsuz fəaliyyətlərin qarşısını ala bilmir.
Qanunsuz çıxarılan pullar ölkələrin iqtisadiyyatına və Ümum Daxili Məhsulun (ÜDM) həcminə kəskin təsir edir. Qanunsuz maliyyə axını ən çox İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) həyata keçirilir.


Ölkələrin reytinq cədvəli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam