Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?

 

İcra nümayəndəsinin himayə etdiyi deyilən karxana dövlət büdcəsindən pul yayındırır
 
Yenixeber.org: İcra hakimiyyəti və icra nümayəndəsinin karxananı himayə edir?
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə qanunsuz fəaliyyət göstərən daş karxanalarının dayandırılması istiqamətində mübarizə aparır. Ölkədə hazırda torpaq qanunvericiliyinin tələblərini pozan, eyni zamanda qanunsuz işçi çalışdıran, vergidən yayınan xeyli sayda daş karxanaları var.
Redaksiyamıza etibarlı mənbələrdən daxil olmuş məlumata görə belə qanunsuz daş karxanalarının biri də Türkan qəsəbəsinin ərazisində fəaliyyət göstərir.
Məlumata görə Türkan-Zirə yolundakı karxananın fəaliyyət göstərməsi üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən icazəsi yoxdur. 
Bundan başqa Əmək Məcəlləsinin bir sıra maddələrinə zidd olaraq karxanada çalışan işçilərin əksəriyyətinin əmək müqaviləsinin olmadığı bildirilir. 
Karxanada təhlükəsizlik qaydalarına da əməl edilmədiyi də məlumatlar arasında yer alır. Belə ki, bu karxanada elektrik kabelləri normativlərə uyğun deyil. Karxanada olan naqillərə, texnikalara baxış keçirilmir.Bu isə işçilərin həyatını təhlükəyə atır. Bir tikə çörək üçün bu karxanalarda həyatlarını risqə atan fəhlə və ustalar sanki quldarlıq dövründə olduğu kimi qul həytı yaşayırlar. Bu insanların nə normal yatacaqları, nə mətbəxləri, nə də hamamları var. Üstəlik əmək müqavilələrinin də olmaması usta və fəhlələrinin gələcək həyatlarının təminatını ciddi sual altına alır.
 
Sözügedən Karxananın Vüsal Əsgərov adlı sahibkara məxsus olduğu bildirilir.
Karxananın vergidən külli-miqdarda vəsait yayındırdığı da səslənən iddialar arasında yer alır. 
 
İlginc məqamlardan bir isə sahibkara məxsus karxananın Xəzər rayon icra hakimiyyətində himayədarlarının olduğu deyilir. Eyni zamanda Xəzər rayon icra hakimiyyəti başçısının Türkan qəsəbə üzrə icra nümayəndəsi Əli Quliyevin də adı himayədarlar arasında adları çəkilir.
 
Qeyd edək ki, Azərbaycan ötən ilin noyabr ayında ekologiya probleminə həsr olunmuş beynəlxalq COB-29 tədbirinə ev sahibliyi etdi. Ekologiya naziri Muxtar Babayev COB 29-da keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən daş karxanalarının sayının həddən çox olduğunu, buna görə də ekologiyaya ciddi zərər dəydiyi, Bakı və ətraf ərazilərin havasının çirkləndiyi bildirdi.(AzFakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam