Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab

FHN-nin İdarə rəisi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş idarəsinin rəisi Qəşəm Məmmədovun biznes fəaliyyəti ilə də məşğul olduğu iddia edilir. 
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda FHN-nin idarələrini səlahiyyəti çərçivəsində təftiş edən Qəşəm Məmmədovun özünün də təftişə ehtiyacı olduğu deyilir. 
Məlumata görə, məmurun Bakıda taxta-şalban biznesi var. İddia olunur ki, Qəşəm Məmmədov sözügedən biznesi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədr olduğu zaman qurub. 
Q.Məmmədov hazırkı vəzifəsindən əvvəl, Dövlət Gömrük Komitəsinin (DGK) İri Tədiyyəçilər İdarəsinin rəsi işləyib. Elə həmin dönəmdə gömrükdə ən varlı məmurlardan sayılan Q.Məmmədova "Tuz Qəşəm” ləqəbi qoyulub. 
Hazırda Q.Məmmədovun həyat yoldaşının Dövlət Gömrük Komitəsinin Gömrük Hospitalında həkim, qızının isə həmin qurumda Planlama Marketing İdarəsinin müavini vəzifəsində çalışdığı iddia olunur. Oğlu da FHN-də çalışıb. 
Q.Məmmədovun ailə üzvlərinin adına Azərbaycanda və xaricdə çoxsaylı mülklərin olduğu da bildirilir.
         Qəşəm Məmmədov
Redaksiyaya təqdim edilən siyahıda Bakıda "Varovski" kimi tanınan ərazidə çoxmərtbəli villa, Buzovna və Mərdəkanda 2 mərtəbəli bağ evi, Bakı şəhərində bir neçə yerdə mənzil, Qax rayonunda bağ evi, Türkiyənin kurort bölgəsində yay tətil evi və s. mülklərin ünvanları qeyd edilir. 
Bundan başqa, idarə rəisi Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə orada da dövlətdən iki ədəd ev almaq üçün özünü və ailə üzvlərini növbəyə yazdırıb. Yeri gəlmişkən, Qəşəm Məmmədov 13.04.1958-ci il tarixində Xocavənd rayonunda doğulsa da, Cəbrayıl rayonunda qeydiyyatdadır. 
Bildirilir ki, məmur ailəsinin bahalı avtomobil kolleksiyası da mövcuddur. 
Bu kolleksiyaya 10-KG-800 nömrə nişanlı, 2016-cı il buraxılışlı "Land Rover Discovery",  10-SS-… nömrə nişanlı,  2021-ci il buraxılışlı "Ford Fusion", 10-TQ-00. nömrə nişanlı, 2024-cü il buraxılışlı "Hyundai Grandeur" Hibrid, habelə "Niva", "Mercedes" markalı avtomobillər daxildir.
Bundan əlavə, iddia olunur ki, Qəşəm Məmmədov FHN-də şəxsi sürücü ştatına öz yaxın adamının adını yazdırsa da, xidməti avomobilini də özü idarə edir.
Səslənən iddialarla bağlı əməkdaşımız adıçəkilən idarə rəisi Qəşəm Məmmədovla əlaqə saxlayıb. O əvvəlcə taxta-şalban biznesindən danışıb: "Mənim Cəbrayılda bu biznesim olub. Amma torpaqlarımız işğal edildikdən sonra sözügedən biznesim məhv oldu. Sonra dövlət qurumlarında fəaliyyətə baladım və hazırda heç bir biznesim yoxdur.”
İdarə rəisi həyat yoldaşının evdar qadın olduğunu və ona məxsus yalnız bir evin olduğunu deyib: "Mən heç Buzovna və Mərdəkan yolunu belə tanımıram. Allah eləməsin mənim çoxlu pulum olsun və mən bunu heç arzulamıram da... Badamdarda da evim yoxdur. Avtomobillərə gəlincə, yalnız 2016-cı il buraxılışlı "Land Rover Discovery" avtomobilim var..". 
İdarə rəisi sayta açıqlama verdikdən bir neçə dəqiqə sonra "Land Rover Discovery"  avtomobilini elan saytlarının birində 76 min 500 manata satışa qoyaraq linkini Qaynarinfo-ya göndərib: "Olanım bircə bu idi, onu da satışa qoydum. Satdıqdan sonra Cəbrayıla köçəcəm və sözügedən vəsaiti orada xərcləyəcəm”.
Əhməd, (Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam