Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Sabunçu MKTİ-də Anar Qalayevin idarəçilik sistemi -Ölü canlar və süpürgəçilərin artan kvadratmetri...

bitmap-img6

Son aylar vətəndaşların və işçilərin ən çox şikayət etdikləri qurumlardan biri də Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsidir...
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, Anar Qalayevin rəis olduğu Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsində xeyli sayda adı olub, özü olmayan “işçilər”in mövcud olduğu iddia edilir. Həmin işçilərin adına yazılan əmək haqqı bir nəçə vəzifəli şəxs arasında bölünür. 
Bildirilir ki, məhz “ölü canlar”ın artması hesabına Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində gündəlik küçələrin təmizliyi üçün işə çıxan işçilərin süpürməli olduqları ərazinin kvadratmetri artırılıb. Anar Qalayev iki nəfərin süpürməli olduğu ərazini bir işçiyə tapşırsa da, onların əmək haqqlarında hər hansı artım yoxdur.
Məlumata görə, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi rəhbərliyinin əsas qazancından biri də hər ay fərdi yaşayış evlərindən, ticarət və iaşə obyektlərindən yığılan zibil pullarıdır. Bakı şəhər İcra Hakimiyyətinin yığılan zibil pullarına nəzarəti artırmasına baxmayaraq fərdi yaşayış evlərindən, ticarət obyektləri və iaşə oyektlərindən alınan zibil pulunun böyük hissəsi sənədləşdirilmir və bu pulların Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsi rəhbərliyinə çatdığı iddia olunur.
Qeyd edək ki, Sabunçu rayon mərkəzi küçələrindən başqa, digər küçələr daimi zibilliklər içərisindədir. Kommunal Təsərrüfatı İdarəsi rəisinin digər qazancının isə ildə bir neçə dəfə keçirilən tenderlər olduğu deyilir. İcra başçısı Adil Vəliyevin sevimli kadrı kimi tanınan Anar Qalayevin tenderlərə görə, faiz aldığı bildirilir.
Qeyd olunan ittihamlarla bağlı Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, KTİ-nin fəaliyyəti mövcud qanunvericilik və normativlərə uyğun təşkil olunub.(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam