Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Hakim Hilal Xəlilov məhkəmə sənədlərini niyə işin içərisindən çıxarıb? –“QARDAŞIM HAQSIZLIĞA GÖRƏ İNTİHARA CƏHD EDİB”

Hakim Hilal Xəlilov məhkəmə sənədlərini niyə işin içərisindən çıxarıb? – “QARDAŞIM HAQSIZLIĞA GÖRƏ İNTİHARA CƏHD EDİB”

Ucar rayon sakini İbrahimov Cavid Yaqub oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. 

Yenixeber.org: Şikayətçi iddia edir ki, hakim Hilal Xəlilov qardaşının məhkəmə işi ilə bağlı vacib sənədləri gizlədib:

“Mən, İbrahimov Cavid Yaqub oğlu, yazaraq bildirirəm ki, qardaşım İbrahimov Şəhriyar Yaqub oğlu barəsində Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov tərəfindən 21.06.2024-cu il tarixdə ittiham hökmü çıxarılmışdır. İttiham CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək, qardaşım 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

İttihamçı tərəfindən protest verilmiş və işin Apellyasiya Məhkəməsinə göndərilməsi üçün qanunla müəyyən edilmiş müddət pozularaq, hazırkı vaxta qədər göndərilməsi təmin edilməmişdir.

Həmçinin, qeyd etmək istəyirəm ki, cinayət işinin bəzi materialları və məhkəmə istintaqı zamanı əldə olunmuş bəzi sübutlar qərəzli şəkildə işin içərisindən çıxarılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı audio və video yazılar aparılmasına baxmayaraq, hakim Hilal Xəlilov tərəfindən həmin sübutlar işdən çıxarılmış və guya, texniki nasazlıq ucbatından video qeydiyyatın aparılmasının mümkün olmaması barədə protokol tərtib edilmişdir.

Hilal Xəlilovun qanunsuz olaraq süründürməçiliyə yol verməsi nəticəsində qardaşım 21 aydır ki, Gəncə İstintaq Təcridxanasında saxlanılır və bu haqsızlığa dözməyərək, həyatına qəsd etmək istəmişdir. Bu barədə də Ucar rayon Prokurorluğunda araşdırma aparılmışdır.

Sizin sayt və qəzet vasitəsilə Məhkəmə Hüquq Şurasına müraciət edirəm. Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov barəsində yol verdiyi nöqsanlara və kobud pozuntulara görə intizam icraatı başlanılması və barəsində tədbir görülməsini xahiş edirik”.

Jalə FAMİLQIZI, (Hurriyyet)

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam