Redaktor seçimi
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
Günün xəbəri

Anar Aslanovun gizli planı:9.5 milyonluq oğurluq və genişlənən avtosalon!

Anar Aslanovun gizli planı: 9.5 milyonluq oğurluq və genişlənən avtosalon!

Anar Aslanovun adının müxtəlif cinayətlərdə hallandığı və hüquq-mühafizə orqanlarının bu məsələlərə laqeyd yanaşması cəmiyyətdə müzakirələrə səbəb olur.

Yenixeber.org: Əldə edilən məlumata görə, Anar Aslanov bir neçə dəfə vergi yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilib. Lakin onun adının Aqil Babayevin cinayət işində oğurluq etmiş şəxs kimi hallanmasına baxmayaraq, bu istiqamətdə hüquqi araşdırma aparılmaması narahatlıq doğurur.

                İddialar və Faktlar
Məlumata görə, Anar Aslanov Aqil Babayevin evindən oğurladığı 9 milyon 500 min manat məbləğində vəsaiti “TT Cars” avtosalonun genişləndirilməsinə və bununlada oğurlanmış vəsaitin gizlədilməsinə nail olub. Beləki 2021ci ildə baş vermiş oğurluq hadisəsindən sonra əldə etdiyi pul vəsaitini premium sinif avtomobillərə sərmayə olaraq yatırıb. Əvvəllər kiçik bir məkanda – Məmməd Araz küçəsi, 44-50 ünvanında fəaliyyət göstərən TT Cars” avtosalonuna bu qədər avtomobili yerləşdirə bilmədiyindən, hadisəni törədəndən bir müddət sonrasalonda olan avotmobilləri “Qış Parkının” altında yerləşən qarajda iki il müddətində gizlətmək üçün istifadə edib. Daha sonra, 2023ci ilin may ayında Aqil Babayevin cinayət işinin apellyasiya mərhələsi başa çatdıqdan sonra, həmin qarajda olan avtomobilləri daha gözə baxımlı bir məkana– Xətai ray, F.Bayramov 33 ünvanında yerləşən Bakı Əyləncə Mərkəzinə köçürərək fəaliyyətini genişləndirib və qısa müddətdə premium sinif avtomobillərin satışı üzrə iri bir mərkəzə çevrildiyi qeyd olunur.

Anar Aslanovun “Shaurma N1” restoranlar şoğurluq pul vasitəsi ilə genişlənmə prosesi ilə bağlı oğurluq yolu ilə əldə edilən vəsaitlərin istifadəsi ilə bağlı iddialar irəli sürülsə də, hüquq-mühafizə orqanları tərəfindən bu barədə heç bir araşdırma aparılmayıb.

                        Hüquqi Boşluqlar və Laqeydlik
Cəmiyyətdə belə suallar yaranır: Anar Aslanovun əvvəllər vergi yayınmaları ilə bağlı təqsirli bilinməsi və hüquqi məsuliyyətə cəlb edilməsi məlum olduğu halda, onun oğurluqla əlaqədar ittihamları niyə araşdırılmayıb? Xüsusilə də “Shaurma N1” restoranlar şəbəkəsinin şəriki Aqil Babayevdən oğurladığı külli miqdarda pul vəsait hesabına “TT Cars” avtosalonunun genişləndirildiyi ilə bağlı konkret iddialar mövcud olduğu halda, bu məsələ hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalıb. Aqil Babayevin ailə üzvləri hüquq-mühafizə orqanlarının bu məsələyə dair araşdırma aparmasının və hüquqi boşluqların aradan qaldırılması yönümündə atılan addımların vacibliyini vurğulayırlar. Bu vəziyyət hüquq sistemində şəffaflığın və ədalətin təmin edilməsinin vacibliyini bir daha vurğulayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam