Redaktor seçimi
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Günün xəbəri

Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib

img

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar".

Yenixeber.org: Bbir neçə gün əvvəl Hacıqabul Su və Meliorasiya İstismarı idarəsində baş verən qalmaqallarla bağlı yayımladığımız yazıdan sonra redaksiyamıza bu dəfə Abşerondan maraqlı məlumat daxil olub.

Xatırladaq ki, Hacıqabulla bağlı yazıda idarə rəhbəri Siyavuş Məmmədovun ixtisar edilən işçilərinin yerinə orta təhsilliləri işə götürməsi, eyni zamanda, Talış kənd sakini Rəhman Talıbovun müavin Rasim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayətindən və sair məqamlardan bəhs etmişdik.

Məlumat üçün qeyd edək ki, prokurorluğa 6 min manat rüşvət iddiası ilə bağlı şikayət olunub (Mövzu ilə bağlı araşdırmamız davam edir - Mia.az).

İndi isəSu Ehtiyatları Agentliyindən əldə etdiyimiz məlumatda deyilir ki, Zaur Mikayılovun qudasının tələbə yoldaşı olan Etibar Nəbiyevin yeni təyin edildiyi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki təyinatları ciddi rezonans doğurub: "Etibar Nəbiyevin əvvəlki təyinatları nə qədər təəccüb yaradırdısa, əmisi oğlu ilə bağlı təyinat ondan onqat artıq şok effekt verib. Nəbiyev əmisi oğlu İbrahimi də idarənin ümumi şöbəsinin müdiri təyin edib. İbrahimin işi Etibar Nəbiyevin otağının qarşısında durmaq, qəbulu "tənzimləməkdir". Halbuki, Etibar Nəbiyevin otağı yaxın qohumları ilə həmişə dolu olur.  Maraqlıdır, deyilmi?!

Hələ bu azmış kimi Etibar Nəbiyevin doğma qardaşı da tez-tez idarəyə gələrək orada "boy göstərir". Təbii ki, bütün bunlar xoş qarşılana bilməz.  Artıq bu kimi əmr və hadisələr Agentliyin rəhbər şəxsləri arasında da müzakirə olunmağa başlayıb..."  .

Xatırladaq ki, yeni rəis Etibar Nəbiyev təyinatından qısa zaman sonra bir sıra dəyişikliklərə imza atıb.

O,  Abonent işləri şöbəsinin fakturalama qrupunun rəhbəri Səbuhi Mustafayevi vəzifədən çıxarıb, onun yerinə Tahir Şəmiyevi, Texniki şərtlərin verilməsi şöbəsinin rəisi Zeynalov İbrahim Hüsü oğlunun yerinə  450 km aralıdan - Gəncədən Zaman adlı dostunu gətirib:

"Bununla yanaşı, Etibar Nəbiyev Nazim Fərzəliyevi Bas mühəndis, Nəzakət Mursaqulovanı isə Kadrlar şöbəsinin rəisi vəzifədən uzaqlaşdırıb.  Abşeron Bağlar idarəsindən Həzrət Abbasovu isə özünə müavin təyin edib. Bu təyinata qədər müavin olan Elnur Əliyev isə aşağı vəzifəyə - Abonent işləri şöbəsinin müdiri postuna endirib. Bir sözlə, idarədə labirintli olaylar səngimir...".

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.(mia.az)

Samir MUSAYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam