Redaktor seçimi
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Günün xəbəri

Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır -İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!

Azərbaycanın milli təhlükəsizlik naziri olduğu dövrdə cinayət yolu ilə əldə etdiyi yüz milyonlarla vəsaiti ölkə xaricinə çıxaran Eldar Mahmudov yeni çətinliklə üzləşib.

Yenixeber.org: Xatırladaq ki, sabiq MTN şefinin İspaniyanın Mallorca adasında 50 milyonluq mülkləri prokurorluğun araşdırması prosesindədir. 

Hazırda İspaniyanın prokurorluq orqanları Eldar Mahmudovun övladlarının adına rəsmiləşdirdiyi bu mülklərlə bağlı istintaq araşdırması aparır.

Xatırladaq ki, Mahmudovlar bundan qabaq eyni problemlə  Böyük Britaniyada üzləşib.

Bu arada əldə etdiyimiz daha bir məlumat Eldar Mahmudovun Bakıdakı əmılakları barədə olub.

Məlum olub ki, Eldar Mahmudovun vəzifəsini itirməsinə, yaxın çevrəsinin həbsdə olmasına baxmayaraq Bakıda icarəyə verdiyi obyektlərdən külli miqdarda vəsait qazanır.

“Eldar Mahmudovun təkcə Bakı şəhərində icrayə verdiyi mağazalar, restoranlar və digər daşınmaz əmlaklardan aylıq qazandığı icarə pulu 1 milyon manatı keçir” deyə mənbəmiz vurğulayıb.

Göründüyü kimi ölkədən çıxışına “stop” qoyulan Mahmudov buna baxmayaraq, Bakıda rahat şəkildə yaşayıb, pul qazana bilir.

Onun tamahının qurbanı olan generallar və nazirliyin ali zabit heyətinə daxil olan digər şəxslər isə həbsxanada onu söyməklə cəzalarını çəkir.

Görünür, onlar hesab edirmiş ki, Eldar Mahmudovun “güclü əli” onları qoruyacaq.

“Amma sən saydığını say, gör, fələk nə sayır” deyib atalarımız.

Ümid edək ki, Britaniyanın və İspaniyanın hüquq-mühafizə orqanları kimi Azərbaycanın da aidiyyatı qurumları Mahmudova ayda 1 milyon manatdan çox gəlir verən obyektlərin izinə düşəcək.(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam