Mağazası yanan sahibkar qadın "Ağ çiçəyim" gül mağazasının direktorundan təmzinat tələb etdiyi üçün başından butulka ilə vurulub.
Yenixeber.org: Hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində baş verib.
Belə ki, 15 may 2024-cü ildə Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" mağazasında güclü yanğın baş verib. Hadisə zamanı ümumi sahəsi 590 kv.m olan gül mağazası və ümumi sahəsi 50 kv.m. olan "By Seva" geyim mağazası da yanıb.
"By Seva" geyim mağazasının sahibi Sevinc Səfərova "Ağ çiçəyim" Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun Əliyevdən ziyanı qismən aradan qaldırmaq üçün təzminat tələb edib. O, Hacıdan yeganə gəlir yeri olan işinə davam etməyinə kömək göstərməsini xahiş edib.
Ceyhun Əliyev sahibkar qadına 5.000 manat pulu verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə bunu yubadıb. 4 iyun 2024-cü il tarixdə Sevinc Səfərova yenidən Ceyhun Əliyev və köməkçiləri ilə görüşüb.
Sevinc Səfərova məhkəmdə iddia edib ki, həmin gün "Ağ çiçəyim"in Surə adlı əməkdaşı "Hacıdan niyə pul istəyirsən" deyərək əlindəki butulka ilə onun başına vurub. Qadın polisə məlumat verərərək, "Ağ çiçəyim" sahibi tərəfindən döydürüldüyünü bildirib.
Məhkəmə-tibbi ekspertizasında aparılan müayinə zamanı Sevnc Səfərovanın bədənində aşkar olunmuş xəsarətlərin - başın təpə nahiyəsinin qançır şişkinliyi, sol bazu və sağ əl nahiyələrinin qançırları bərk küt əşyanın (əşyalar) təsirindən zədə əmələ gəldiyi müəyyənləşib.
Təqsirləndirilən şəxs - 1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı Surə Əliyeva (soyad şərti) məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, Sevinc Səfərovanı təhqir etməyib, vurmayıb və heç bir xəsarət yetirməyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 400 manat cərimə edilib.(Qaynarinfo)