Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Cəsarət Valehovun qanunsuz əməllərinə görə özüm və yoldaşım dəfələrlə intihara cəhd etmişik" -Sabiq baş redaktor təcridxanadan yazır

       "Cəsarət Valehovun qanunsuz əməllərinə görə özüm və yoldaşım dəfələrlə intihara cəhd etmişik" - Sabiq baş redaktor təcridxanadan yazır
Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru, 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə hazırda həbsdə olan Rahil Nəcəfov redaksiyamıza işlədiyi dövrdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri olan Cəsarət Valehovun qanunsuz əməlləri barədə məktub ünvanlayıb.

Yenixeber.org: Həmin məktubda olan vacib məqamları oxuculara təqdim edirik:
Ərəb, ingilis və rus dillərini mükəmməl bilən alim həbsxanaya düsməyində birbaşa Cəsarət Valehovu günahkar bilir. R. Nəcəfovun sözlərinə görə, Valehov öz vəzifəsindən sui istifadə edərək jurnalla bağlı bütün problemləri onun üzərinə atıb, 2 il onu qul kimi istismar edib. Mən şəxsi maşınımı, həyat yoldaşımın qızıllarını satıb jurnalın dirçəlməsinə yönəltdim. Kirayədə qalırdım, evim olsaydı yəqin onu da satdırardı. Özüm və həyat yoldaşım dəfələrlə intihara cəhd etmişik. Yaradıcılıq hüququm tamam məhdudlaşdırılıb. Məni və ailəmi bu günə salan şəxs nə ibtidai istintaqa cəlb olundu, nə də məhkəməyə çağırılmır. Cəsarət Valehov nə qədər güclü fiqur imiş Bakı Ağır Cinayətər Məhkəməsi kimi ali qurum Cəsarət Valehovu ifadə vermək üçün gətizdirməyə acizdir. Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəyib.
Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, R. Nəcəfov bundan əvvəl də saytımıza Cəsarət Valehovun qanunsuz əməlləri barədə məktub ünvanlamışdı.(unikal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam