Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Nərimanov DYP-də dedilər ki, 800 manat ver, maşını buraxaq" - Sürücü ŞİKAYƏTİ

“Nərimanov DYP-də dedilər ki, 800 manat ver, maşını buraxaq” – Sürücü ŞİKAYƏTİ
 İyunun 29-da Bakı sakini Bəhruz Musayev idarə etdiyi 90 ZJ 625 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə hərəkət edərkən şəhərin Ələsgər Qayıbov küçəsində 99 YP 269 nömrə nişanlı avtomobillə xidmət edən Dövlət Yol Polis əməkdaşları tərəfindən saxlanıb.
Yenixeber.org: Onun redaksiyamıza bildirdiyinə görə, DYP əməkdaşları yük səbəbindən maşının nömrəsinin görünmədiyini, bunun qayda pozuntusu olduğunu diqqətə çatdırıblar. Sürücü onlardan protokol tərtib olunmasını istəyib və cərimə ödəməyə hazır olduğunu açıqlayıb. Amma DYP əməkdaşları yük maşınının dayanacağa getməli olduğunu söyləyib və protokol yaza bilmədiklərini deyiblər. Sürücü qeyd edir ki, DYP əməkdaşları ona Nərimanov DYP-ya yaxınlaşmalı olduğunu bildiriblər: “Mənə dedilər ki, orada 4-cü otağa yaxınlaşarsan. Həmin otağa getdim, oradan dedilər ki, 800 manat verməlisən. Dedilər ki, 800 manat ver, maşını buraxaq. Bu rüşvəti tələb edən baş leytenant Elşad Məmmədov idi. Dedim ki, pulum yoxdur, protokol tərtib olunmasını tələb etdim. Amma protokol yazmadılar. Səbəb göstərdilər ki, şənbə günüdür, kitabxana işləmir, protokol tərtib edə bilmirik. Səhər saat 11-dən axşam 5-dək ac-susuz orada qalmışam. Axırda dedilər ki, həftənin ilk iş günü gələrsən, protokol tərtib edərik, cəriməni ödəyərsən, məsələni həll edərik”.(Anaxeber.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam