Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rəsulzadənin Almaniyada, “İstiqlal”-dakı yazıları-Nəsiman Yaqublunun araşdırması

  Azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırma yazısı yazıb. 

Yenixeber.org: Həmin yazını təqdim edirik:

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə 1932-ci ilin yanvarın 10-dan başlayaraq Almaniyada, Berlində “İstiqlal” adlı qəzet nəşr etməyə başladı.1934-cü ilin sonlarına qədər nəşr edilən bu qəzetin Başyazarı M.Ə.Rəsulzadə, texniki redaktoru isə əslən Şuşadan olan mühacir Hilal Münşi idi. M.Ə.Rəsulzadənin “İstiqlal” qəzetində 40-a qədər yazısı nəşr edilib. M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin 3-cü cildinə daxil etdiyim bu yazılardan birini oxuculara təqdim edirəm. 

M.Ə.Rəsulzadə

MÜNƏVVƏR  MÜHACİRİN  BORCU

Vətənin düşmən əlindəki əsarəti uzandıqca vətən ayrısı mühacirlərin sayı gündən-günə çoxalır. Xüsusi müxbirlərimizdən alınaraq iş bu nüsxədə nəşr olunan məlumat meyanında (arasında) Azərbaycanın illərdən  bəri mübtəla olaraq hər daim təkərrür (artan) edən zülmlər arasında genə vətəni tərk ilə hüdud xaricinə qaçanlardan bəhs olunur.

İran ilə Türkiyə arasında iltica (sığınma) edən bu vətəndaşların böyük bir qismini köylülər və orta siniflərə mənsub iş-güc adamları təşkil etməkdədir. Mühüm bir yekun təşkil edən bu zavallılara mühacirətdə nə kimi məhrumiyyət və məşəqqətlərə məruz qaldıqları milli nəşriyyat səhifələrində dəfələrlə təsvir olunmuş, onların acınaqlı halları yaxın və uzaq, qardaş və dost millətlərdə məmul (istənilən) bir əlaqə oyandırmaq niyətilə uzun uzadiyə izah edilmişdir.

Bu dəfə isə məqsədimiz bu ölüm-dirim qavğasının daha yeni və başqa şəraiti içərisində çırpınan və bin bir məşəqqət və cidal içində həyatını yenidən, doğma yurdunun xilas olmuş hər və azad torpaqları üzərində yaşatmaq qayəsilə davam etdirən mühacirət kütləsinin heyəti ümumiyəsindən bəhs etmək deyildir.

Münəvvər mühacirlərdən və həm də onların milli vəzifələrindən bəhs etmək istəyiriz. Məlum olduğu üzrə müxtəlif dövrlərdə və müxtəlif səbəblər və amillər nəticəsində vətəni tərklə mühacirliyi ixtiyar (seçmiş) etmiş bir çox münəvvərlərimiz və bilxassə (xüsusilə) münəvvər gənclərimiz vardır. Bunlar şərqin və qərbin müxtəlif  mərkəzlərinə yayılmış, qismən o və ya bu ali məktəbdə oxuyaraq təhsillərini bitirmiş, qismən də həyatlarını qazanmaq yolunu təmin edərək birər ixtisas əldə etmək üzrə təhsilə qoyulmuşlardır. Mühacirətdəki münəvvərlərimizin birər sahədə ixtisas qəsb edərək sözün əsri mənasilə elm və fən (texnika) adamı olmalarını görmək əziz arzularımızdan biridir. Fəqət vətəni istila altında inləyən bir mühacir münəvvərin sadə mütəxəssis bir fən(texnika) adamı olmaqdan başqa, bir də sırf mühacir münəvvərə məxsus bir borcu vardır ki, burada onu xatırlatmaq istəriz: Vətən borcu!

Azərbaycan İstiqlal qayəsini mənimsəmiş, vətənin müstəqbəl (gələcək) istiqlalına iman etmiş etmiş və kəndi xüsusi həyat və səadətini millət və məmləkətin həyat və səadəti şərtilə təsəvvür edə bilmək idealizminə ermiş bir gənc: azərbaycanlı, sadə mühəndis, sadə hüquqçu, sadə memar, sadə iqtisadçı, tarixçi və şairə olmaqla iqtifa (qala) edəməz. O, eyni zamanda vətənçi bir mühəndis, milliyətçi bir hüquqçu, istiqlalçı iqtisadçı, tarixçi və şairə olmaq vəzifəsilə mükəlləfdir(borcludur).

Məmləkətdə bolşevizm sansoru(senzoru),  qeydi  və nəzarəti altında bulunan gənclik üçün bu məqsədi əldə etmək imkanı son dərəcədə məhdud, müşkül və şərait olduqca ağır və təhlükəli isə, xaricdə bulunan münəvvər gənclik bu imkana əzəmi surətdə malikdir. Dünən əsir ikən bu gün müstəqil olan millətlərin yaşadıqları dünənkü mücadilə və bugünkü inşaat həyatı göz önündədir. Bir məmləkəti öyrənmək, həm də vətənpərvərcə bir görüş  və məqsədlə öyrənmək metodlarını edinmək (bir şeyə sahiblik, əldə etmək) üçün vətənpərvərcə bir şövq və həyəcanla işə sarılmaq mühacir münəvvərlərimizin ən müqəddəs borcudur.

Daha sarih(açıq,aydın) söyləyəlim: mühacirətdə bulunan münəvvər gənclərimiz hər şeydən əvvəl vətənpərvərlik dərsini öyrənməli, vətəni və milli əlaqə və hissini kəndində tərbiyə etməli ta ki, tarixi dəqiqəsi gəldiyi zaman istiqlal mücadiləsinin şüurlu, məfkurəli və ayni zamanda da bilgili bir mücadiləçi və yaradıcı ünsürü ola bilsin.

Sadə texnik   hər zaman bulunur. Bu ehtiyacını bir millət, müvəqqəti bir zaman üçün, əcnəbilərə müraciət surətilə də tətmin (təmin) edə bilir. Fəqət heç bir zaman xaricə mühacirət olunaraq bir vətənpərvər, bir milliyətçi və bir istiqlalçı alınamaz!

Yürütdüyümüz bu mütaliələrlə, sakın (sakit,hərəkət etməyən) mühacirətdəki münəvvər gənclərimizin vətəni əlaqə və hisslərindən şübhə ediriz  mənası çıxarılmasın. Bu fikirdə deyiliz. Fəqət hər hanki əlaqə və hiss kimi vətəni əlaqə və hissin də ancaq işlədilmək və mümarisə (qəlbə yeritməklə) surətilə kökləşib qüvvətləndiyinə qaneyiz.İstəriz ki, qəlblərdə saklı(gizli) olan bu əlaqə və hiss zahirə çıxsın, əsərlər göstərsin. Arzu edəriz ki, münəvvər gənclərimiz vətəni borclarını haqqilə dərk etdiklərini əsərlərlə meydana qoysunlar.

Burada kəndi-kəndisinə bir sual gəlir – necə?

İstiqlal yolunu bizdən daha əvvəl keçmiş millətlərə mənsub münəvvər mühacirlər  kimi – müxtəsər, fəqət, əhatəli bir cavab!

M.Ə.Rəsulzadə,"İstiqlal" qəzeti, 1 eylül( sentyabr),  1932-ci il, il 1, № 15 Berlin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam