Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Masazırda qanunsuz tikililərin qarşısını alan tapılmır: Qanunlara meydan oxuyan şəbəkə necə “işləyir?” -DE-FAKTO

Abşeron rayonu Masazır qəsəbəsində “göl” adlanan ərazidə rəsmi icazəsi olmadan kütləvi şəkildə həyət evlərinin tikintisi ilə bağlı oxuculara bir neçə dəfə məlumat vermişik.


Yenixeber.org: Həmin materiallarda bildirilmişdi ki, ərazidə qanunsuz tikinti işlərini həyata keçirən şəbəkə Abşeron Rayon İcra Hakimiyyəti ilə “anlaşma” şəraitində fəaliyyətini genişləndirməkdədir.
Hazırda Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin tikintisi davam etdirilir.
Ərazidə yaşayan sakinlərin dediyinə görə, haqqında danışılan qanunsuz həyət evlərinin tikintisi Elçin və Xəyal adlı şəxslər tərəfindən həyata keçirilir. Sakinlərin iddiasına əsasən, adları çəkilən şəxslər “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov tərəfindən tam himayə olunurlar.
Bu məsələ ilə bağlı əldə etdiyimiz digər məlumatda isə Masazır qəsəbəsindəki qanunsuz inşa edilən həyət evlərinin tikintisinə “icazə”ni Abşeron rayon icra hakimiyyəti başçısının tikinti işlərinə nəzarət edən və onun “sağ əli” kimi tanınan Nurlan Həsənovun verdiyi bildirilir.
Masazırdakı “qanunsuz inşaat” bumunun başında dayandığı iddia edilən Seymur Məmmədovun Nurlan Həsənovla “anlaşmasına” vasitəçilik edən şəxsin isə qəsəbə üzrə icra nümayəndəsi Şahlar Əsgərovun olduğu deyilir. Burada mühüm nüanslardan biri də Seymur Məmmədovla Şahlar Əsgərovun həmyerli olmalarıdır.(yeniçağ.az)
Mövzunu davam etdirəcəyik. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam