Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rövnəq Abdullayev YAP Nizami Rayon Təşkilatının binasını niyə alıb? -FOTOFAKT

bitmap-img6

YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsi özəlləşdirilərək satllıb və özəlləşdirilən mülk İqsadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qaynatası Əliyev Adəm Bayram oğlunun adına sənədləşdirilib...
Yenixeber.org: Bir neçə gün əvvəl hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədrinin mərkəzi aparatdan gizli şəkildə YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllması barədə məlumat yayılmışdı. Əldə etdiyimiz məlumata görə YAP Nizami rayon təşkilatına məxsus binanı İqsadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev alıb və qaynatasının adına sənədləşdirib.
Sözügedən binanın, yəni Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 2P ünvanındakı rayon təşkilatının binasının bir hissəsi vətəndaş Əliyev Adəm Bayram oğluna satılıb və onun adına özəlləşdirmə aparılıb. Əliyev Adəm Bayram oğlunun adına olan çıxarışdan da görünür ki, özəlləşdirilmiş hissə 26.06.2013-c ildə rəsmi qeydiyyata alınıb (Çıxarış əlavə olunur - Red).
 
                            YAP Nizami rayon təşkilatı
Beləcə həmin vaxt YAP Nizami rayon təşkilatının sədri olmuş Sədaqət Vəliyeva və onun köməkçisi- aparat rəhbəri, hazırda isə sədr olan Ramil Vəlibəyovla birgə hakim partiyanın əmlakı sırasında olan binanı mərkəzi aparatdan gizli şəkildə parçalayaraq satıb və əldə olunan vəsaitdən şəxsi məqsədlər üçün yararlanıblar. Kənardan əlbəttə ki, bina bütöv görünür və belə təsəvvür yaranır ki, göz oxşayan tikili bütövlüklə YAP Nizami rayon təşkilatına məxsusdur. Lakin sənədlər bunun əksini sübut edir.
 
Poliqonun apardığı araşdırma nəticəsində məlum olub ki, YAP-ın əmlakı üzərində mülkiyyətçi hüququ qazanmış Adəm Əliyev məhz Rövnəq Abdullayevin qaynatasıdır. Lakin sabiq SOCAR prezidentinin hansı ehtiyaclar üzərindən YAP-ın binasını özəlləşdirdiyi məlum deyil.
Qeyd edək ki, həmin özəlləşdirilmiş hissədə son dövrlərə qədər millət vəkili Könül Nurullayevanın qərargahı yerləşirdi. Könül xanım orada seçiciləri ilə görüşürdü. Lakin hansı səbəblərdən millət vəkili bir müddət əvvəl həmin ünvandan çıxarılıb və hazırda xanım Nurullayeva seçiciləri ilə görüşlərini hər dəfə bir ünvanda keçirir.(Azfakt.com)

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam