Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

DSX-də müəmmalı ƏSGƏR ÖLÜMLƏRİ... -NƏ BAŞ VERİR?

 Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Culfa rayon ərazisindəki İranla həmsərhəd N saylı hərbi hissənin əsgərlərindən birinin iyulun 13-də özünü asaraq, intihar etdiyi bildirilir. Əsgərin ölümü ilə bağlı hələlik rəsmi məlumat yayılmadığı üçün, onun adını açıqlamırıq. Bu məlumatı „Gündəlik Naxçıvan“a DSX-dakı mənbələr məlumat verib. Bundan üç gön öncə, iyunun 10-da isə, İranla sərhəddə yerləşən DSX-nın Şərur rayonu ərazisindəki digər N saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Bəkiyevin ölüm xəbəri yayılmışdı. Hərbi prokurorluğun rəsmən təsdiqlədiyi məlumatda onun özünə atəş açaraq intihar etdiyi bildirilirdi.
Mənbənin məlumatına görə, hər iki ölüm hadisəsini ictimaiyyətdən gizləməyə çalışıblar. Lakin, birinci hadisə sosial şəbəkələrdə ictimailəşdiyindən, bir gün sonra müvafiq orqanlar rəsmi məlumat yaymağa məcbur olublar:
“Hər iki hadisə müəmmalıdır. İntihar biraz inandırıcı görünmür. Həm də üç gün ərzində iki intihar. İyulun 13-də səhər saatlarında Culfadakı İranla həmsərhədd hərbi hissədə hərəkətlilik olub. Daha sonra bir sıra yüksək vəzifəli zabitlər, daha sonra Naxçıvan MR Hərbi Prokurorluğun əməkdaşları hərbi hissəyə gəliblər. Əsgərin ölümü ilə bağlı isä hələlik räsmi məlumat açıqlanmayıb. Onun kimliyi gizlədilir, ailəsinə də susmaq üçün təsir edilir“.
Hər iki hərbçinin Azərbaycanın digər bölgələrindən olduğu bildirilir.
Hərbi prokurorluğun məlumatına görə, iyulun 10-da baş verən fakt üzrə Naxçıvan MR Hərbi Prokurorluğunda CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. //Gündəlik Naxçıvan//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam