Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“DÜNYANIN İKİNCİ ORDUSU”nun 1.5 MİLYON HƏDƏFİ... -10 ayda 100 min itki verən Rusiya ordusunu qarşıda nə gözləyir?

Yenixeber.org: Ukraynada başlayan işğalçılıq müharibəsindən öncəki Rusiya ordusunun nə qüdrətindən, nə gücündən, nə də nüfuzundan demək olar, əsər-əlamət qalmayıb. Döyüş meydanında heç nə bacarmadığı üçün Ukraynanın elektrik transfarmatorları ilə savaşmalı olan bu ordunun hazırda hərbi texnika, silah-sursat, maddi təchizat və s. tərəfləri bir yana, şəxsi heyət sarıdan da böyük itkiləri var.

Ukrayna Silahlı Qüvvələrinin son məlumatına görə, işğalçı ordunun Ukraynadakı itkiləri 100 min nəfəri keçib. Azı 2 dəfə bundan artıq da yaralanaraq, sıradan çıxanların olduğu bildirilir.

Sözsüz ki, Kremlin özü üçün olduqca ağrılı və çətin səfərbərlik qərarını verməsi də məhz bu itkilərin nəticəsidir. Putin hakimiyyəti Ukraynaya qarşı “xüsusi əməliyyat”a başlamazdan öncə belə böyük itkilərin olacağını ağlının ucundan belə keçirmirdi.

Bu gün isə “qəhrəman və döyüşkən rusiyalı gənclər”in böyük hissəsi Rusiyadan qaçıb. Qaçan qaçıb, qaçmayanlar da qaçmağa yol axtarır.

ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı general Ben Xocesin dediyi kimi, Rusiyadan qaçanların sayı Putinin səfərbərliyə cəlb edə bildiklərinin sayından az qala iki dəfə çoxdur. Artıq həbsxanalardakı kişi məhbuslar bir yana, qadın məhbusları da cəbhəyə göndərmək barədə söz-söhbətlər, təkliflər dolaşır...

Bütün bunların fonunda Rusiya Müdafiə Nazirliyinin Putinin iştirakı ilə keçirilən son kollegiya iclasında nazir Sergey Şoyqu Rusiya ordusunun şəxsi heyət sayının 1.5 milyon nəfərə, orduya çağırış yaşının isə 18-27 yaş aralığından 21-30 yaşa yüksəldilməsini təklif edib. Təbii ki, bu, Şoyqunun yox, sadəcə, onun dilindən səsləndirilən Putinin “ideyası”dır.

Ordunun sayının 1.5 milyona çatdırılması, onun reallıqda az qala iki dəfəyədək artırılması deməkdir. Çünki müharibədən əvvəl Rusiya ordusunun guya 1 milyon nəfərdən ibarət olduğuna dair şişirdilmiş rəqəmlər həqiqəti əks etdirmir.

Bəs, Rusiya indiki sosial, iqtisadi, siyasi, eləcə də əhalinin mənəvi-psixoloji durumu nəzərə alınmaqla, 1.5 milyonluq ordu yaratmaq iqtidarındadırmı?

Təkcə onu qeyd etmək kifayətdir ki, Böyük Britaniya kəşfiyyatının məlumatına görə, hazırda Rusiyanın səfərbərlik vasitəsilə orduya çağırdığı şəxslərin bir neçə min nəfərinə Belarusda yerli hərbi təlimatçılar tərəfindən təlim keçirilir. Hansı ki, müharibəyə qədər ümumiyyətlə, Rusiyada Belarus ordusuna “yuxarıdan aşağı baxır”, onu bəyənmirdilər. Nə Belarusu dövlət, nə də onun ordusunu ordu sayırdılar. İndi isə hərbi mütəxəssislərin bir qisminin döyüşdə olduğu, digər qisminin ya həlak olduğu, ya da yaralandığı üçün orduya çağırılanlara yüksək keyfiyyətli təlim keçəcək mütəxəssislər tapmaq sarıdan problemlər var.

Eləcə də Rusiyadakı təlim bazaları yeni çağırışçıları və səfərbər olunanları yerləşdirmək və hazırlamaq üçün kifayət etmir. Yəni, hərbi infrastruktur hətta indiyə kimi səfərbərlik vasitəsilə çağırılan 200-300 min nəfəri belə lazımi səviyyədə hazırlayıb, geyimlə, silah-sursatla və s. təmin etməyə imkan vermir. Belə bir şəraitdə 1.5 milyonluq yüksək yox, heç olmasa ortabab döyüş qabiliyyətli ordu toplamaq nə dərəcədə inandırıcı görünür?

ABŞ Müharibə Araşdırmaları İnstitutu Şoyqunun təklifini şərh edərək qeyd edib ki, Rusiyanın yaxın zamanda Ukraynaya qarşı müharibədə ona üstünlük qazandıracaq sayda və keyfiyyətdə qoşun toplaması qeyri-mümkün görünür. Hətta bunun üçün Rusiya büdcəsindən lazımi qədər vəsait ayrılsa belə, keyfiyyətli, motivasiyalı, müasir silahlarla, geyimlə və s. təmin olunmuş böyük ordu bölmələri yaratmaq fiziki olaraq olduqca çətindir. Çünki Rusiya nə cəmiyyət, nə iqtisadiyyat, nə dövlət, nə də ordu olaraq buna hazır deyil.

Tanınmış hərbi ekspert David Şarp Rusiyanın 1.5 milyonluq ordu toplamaq planını bu cür şərh edib: “Müharibə başlayandan az sonra, səfərbərlik elan edilənə qədər könüllü olaraq ordu sıralarına qoşulacaq vətəndaşlara maliyyə baxımından olduqca sərfəli təkliflər edilirdi. Buna baxmayaraq, KİV-lərdə “vətənpərvərlik alovunun” yüksək olduğu, aylıq 3000 ABŞ dolları və sığorta şərtləri təklif edildiyi vaxtlarda belə orduya qoşulmaq istəyənlər çox olmadı”. Ekspert soruşur ki, əgər bu cür sərfəli şərtlər daxilində orduya gedənlər az olubsa və onlar müharibənin gedişinə təsir göstərə bilməyiblərsə, indi məcburən səfərbər edilənlərdən hansı döyüşkənlik, qəhrəmanlıq, müsbət nəticə gözləmək olar?

D.Şarp bildirir ki, Rusiya ordusu bu cür iri miqyaslı müharibəyə hazır deyildi və tezliklə də onu hazır vəziyyətə gətirmək qeyri-mümkündür: “Artıq 300 min nəfəri çağırarkən ciddi çətinliklərlə üzləşdilər. Bu adamları geyindirmək, öyrətmək, silahlandırmaq, qidalandırmaq, müalicə etmək və s. – bunlar hamısı böyük çətinliklər yaradır. Odur ki, Rusiyanın uzun sürən iri miqyaslı müharibəyə hazır olmaması bu problemləri daha da dərinləşdirir”.

Göründüyü kimi, Şoyqu və Putin qarşıya 1.5 milyonluq ordu yaratmaq hədəfi qoysa da, bunun reallaşdırılması, xüsusilə də keyfiyyətli şəkildə reallaşdırılması ən azı Ukraynadakı müharibə davam etdiyi şəraitdə inandırıcı deyil. Elə Kremlin tez-tez atəşkəs və danışıqlar barədə çağırışları da Putin hakimiyyətinin bunu anlamasından irəli gəlir və daha çox sülhə nail olmağa deyil, ordunu gücləndirmək üçün vaxt qazanmağa xidmət edir. İşğalçılıq məqsədləri isə olduğu kimi qalır, baxmayaraq ki, bunun üçün nə siyasi, nə hərbi, nə iqtisadi, nə də mənəvi potensialı qalıb... “Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam