İNTERPOL sabiq rektorun axtarışına niyə xitam verib? –Azərbaycanlı iş adamı ölkə rəhbərliyinə müraciət edir
“Bir neçə ildir Azərbaycan Beynəlxalq Univeristetinin (ABU) sabiq rektoru Abdullayev Elşad İslam oğlu tərəfindən şantaj və təhdidlərə məruz qalıram. E. Abdullayev dəfələrlə sosial şəbəkələrdə məni öldürəcəyilə bağlı fikirlər səsləndirib”.
Yenixeber.org: Bu sözləri Rusiyada yaşayan azərbaycanlı iş adamı Rzayev Fuad Firudin oğlu bildirib.
Şikayətçi bildirir ki, E.Abdullayev blogerlər vasitəsilə müxtəlif internet resurslarında onun ailəsinə, qohumlarına və şəxsinə qarşı təhqirəramiz ifadələr səsləndirir: “E.Abdullayev müxtəlif blogerlərə rüşvət verərək, efirlərdə şəxsim və ailəm haqqında alçaldıcı ifadələr işlətdirir. Qeyd edim ki, həmin E.Abdullayev Azərbaycan Respublikası ərazisində törətdiyi bir sıra cinayətlərə görə beynəlxalq axtarışa verilib. O, Azərbaycanda onlarla vətəndaşımıza qarşı dələduzluq edib. Həmçinin 2007-2010-cu illərdə sabiq təhsil naziri Misir Mərdənovun əmri ilə yaradılan ABU universitetin Moskva flialının yerləşdiyi 15 sot ərazini də öz adına rəsmiləşdirib”.
Fuad Rzayev qeyd edir k, ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib: "Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi o vaxt ki, mühitdə qeyri-mümkün hesab edilir.. Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində (2007-ci ildə yaradılan filial 2010-cu ildə bağlanıb) xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib".
İş adamı qeyd edir ki, Rusiya rəsmiləri məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına sahib çıxması ilə bağlı müraciət edib. Ancaq hansısa səbəbdən Təhsil Nazirliyi Azərbaycanın milyonlarının xərcləndiyi əmlaka sahib çıxmayıb. Bundan sonra, ABU-nun Moskva filialının yerləşdiyi binanın sökülməsi ilə əlaqədar məhkəməyə müraciət ediblər. Məhkəmə prosesi davam edir.
"Buradan belə bir sual yaranır. Dövlətin hesabına tikilmiş bir binanın və alınmış torpaq sahəsinin niyə Rusiya höküməti tərəfindən mənimsənilməsinə şərait yaradılır? Burada minlərlə tələbənin oxuması mümkündür. Hər hansı universitetin filialı kimi yenidən fəaliyyət etməsi də mümkündür. Bundan əlavə satılaraq dövlət büdcəsinə əlavə edilməsinə maraq göstərilməsi üçün kifayət qədər böyük bir məbləğdən söhbət edirik. Elşad Abdullayevin mənimsədiyi pulların tələbələrə qaytarılması üçün addımlar atılmalıdır. Bağlanan universitetin 5 mindən artıq tələbəsinin diplomsuz qalmasına Elşad Abdullayev günahkardır" -deyə, iş damı qeyd edir.
Fuad Rzayev Azərbaycan hökumətinin Rusiyanın aidiyyatı qurumlarına müraciət edərək həmin ABU universitetin Moskva flialının yerləşdiyi ərazinin və binanı dövlətin nəfinə müraciət etməyin zəruri olduğunu bildirir.
Fuad Rzayev bildirir ki, E.Abdullayev hazırda dələduzluq fəaliyyətlərini Fransada davam etdirir: “O, illər öncə ailəsiylə birlikdə Fransaya qaçıb. Abdullayevin Fransada daimi yaşayış icazəsi yoxdur. O, siyasi sığınacaq almaq üçün iki dəfə Fransa hökumətinə müraciət edib. Mən bununla bağlı Fransa Tribunal məhkəməsinə və şəxsən Fransa prezidenti Emanuel Macrona da müraciət ünvanlamışam. Ancaq təəssüf ki, Fransada yaşamaq üçün 3 aylıq icazəsi olan E.Abdullayev illərdir ki, qanunsuz yollarla orada məskunlaşıb”.
Şikayətçi vurğulayır ki, E.Abdullayev 2013-cü ildən beynəlxalq axtarışda olsa da, 23 yanvar 2020-ci il tarixdə İNTERPOL-un Baş Katibliyinin qərarına əsasən onun axtarışı dayandırılıb: “Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bir neçə dəfə müraciət ünvanasam da, tutarlı bir cavab verilməyib.
DİN-dən bildiriblər ki, təşkilatın Baş Katibliyi tərəfindən E. Abdullayevin beynəlxalq axtarışına xitam verilib. Hazırda ölkə hüdudlarını tərk edən E.Abdullayevin tutularaq aidiyatı üzrə təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirəri davam etdirilir.
Şikayətçi ölkə rəhbərliyinə müraciət edərək, E.Abdullayevin İNTERPOL vasitəsi ilə axtarışının dayandırlmasının səbəbinin araşdırılmasını və onun qanunsuz əməllərinə görə cəzalandırılmasını xahiş edir.“Azpolitika”