Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Əliyev məni qucaqlayıb, qulağıma dedi ki…-Qətlə yetirilmiş Rusiya siyasətçisi kitabında nələr yazıb?

Bu gün Rusiyanın tanınmış dövlət adamı və ictimai xadimi Boris Nemtsovun qətlə yetirilməsindən 7 il ötür. Anım günündə onun 2007-ci ildə nəşr olunmuş “Исповедь бунтаря” (“Üsyankarın etirafı” –red.) kitabından Azərbaycanla, keçmiş prezident Heydər Əliyevlə bağlı bir parçanı təqdim edirik.

Yenixeber.org: Azad insan necə istəyir davrana bilər, amma rəsmi şəxs müəyyən qaydalara əməl etməyə borcludur. Konkret protokol var və ona əməl olunması vacibdir. Mən həmin protokolu bir dəfə pozmuşam. O əhvalatı artıq bütün ölkə bilir və hələ də yeri gəldikcə mənə xatırladırlar. Söhbət Azərbaycan prezidenti Heydər Əliyevi qarşılamağa ağ şalvarda yollanmağımdan gedir. Mən həmin günə hələ də lənət oxuyuram, amma bu, heç nəyi dəyişmir…

Əlbəttə, özümü haqlı çıxarmaq üçün xeyli səbəblərim də var. Ondan başlayım ki, Heydər Əliyeviçi, ümumiyyətlə, mən qarşılamalı deyildim. Mən plan üzrə rahat-rahat işə gedirdim. 35 dərəcə isti, dəhşətli havasızlıq vardı. Gözlənilmədən Çernomırdın (Rusiyanın o vaxtkı baş naziri – red.) zəng vurdu və bildirdi ki, Vnukovoya gedib, Heydər Əliyevi qarşılamalıyam.   

– Viktor Stepanoviç, mən çox eybəcər görkəmdəyəm…

– Necə yəni? Tumançaqsan?

– Yox, daha pis: ağ şalvarda və maykada…

– Heç nə olmaz, elə də pis deyil, – hökumət başçısı dedi..

– Axı mənim növbəm deyil, Çubays getməidir.

– Çubaysa başqa iş tapşırmışıq – baş nazir söhbəti qısa kəsdi.

Maşını döndərib, aeroporta sürməli olduq. Evə dəymək, yaxud mağazada əynimi dəyişmək üçün belə vaxt yox idi. 

Aerporta çatanda Xarici İşlər Nazirliyinin işçilərini gözdən keçirdim və başa düşdüm ki, kimdənsə borc kostyum almaq da mümkün olmayacaq – elə bil seçib qəsdən arıq və balacaboy əməkdaşları göndərmişdilər. Mühafizəçinin qızılı düymələri olan pencəyini tələsik əynimə keçirib, traa tərəf getdim.

Heydər Əliyev qara yun kostyum, ağ köynək geyinmiş, tünd rəngli qalstuk taxmışdı. Tərin içindəydi. Məni qucaqlayıb, yavaşca qulağıma dedi: “Mən hələ sovet vaxtlarından bu mənasız protokolun əleyhinə olmuşam”.

Görüş normal keçdi, tələm-tələsik limuzinlərə doluşduq. Ancaq gec idi: telekameralar mənim dost ölkənin hörmətli prezidenti ilə müqayisədə kəskin kontrast təşkil edən xarici görkəmimi artıq qeydə almışdılar. 

Yeltsin zəng vurub, soruşdu: “Nə oldu, qarşıladınız? Eşitdim ki, siz qonağı çıx qəribə görkəmdə qarşılamısınız. Nə geyinmişdiniz ki?”

Hər şeyi danışdım.

– Bu kobud qayda pozuntusudur. Siz, ümumiyyətlə, işə niyə belə görkəmdə gəlirsiniz ki? – prezidentin səsindəki əsəbiliyi telefonda aydın hiss etdim.

O hərəkət, həqiqətən də, ənənənin pozulması idi. O Hindistandı, hamı ağ geyimdə gəzir: ağ şalvar, ağ qısaqol köynək, qalstuk da yox… Elə Pakistanda da təxminn eyni vəziyyətdir. Bizdə, Rusiyada isə vəziyyət tamamilə əksinədir…(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam