Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

“Azərbaycan Ordusunun səyləri ilə Heydər Əliyevin vəsiyyətləri gerçəkləşib“ - Mixail Qusman

“Azərbaycan Ordusunun səyləri ilə Heydər Əliyevin vəsiyyətləri gerçəkləşib“ -  Mixail Qusman

Azərbaycanın əzəli torpaqlarının azad edilməsi Heydər Əliyevin vacib vəsiyyətlərindən biri idi – Mixail Qusman

Yenixeber.org: "Heydər Əliyevin son dərəcə vacib vəsiyyətləri arasında Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması da olub".

Bu barədə TASS agentliyinin Baş direktorun birinci müavini Mixail Qusman deyib.

M.Qusman deyib ki, bütün insanlar Heydər Əliyevə SSRİ dövründə Azərbaycanın bayrağını uca qaldıran bir insan kimi sonsuz hörmət edib və qiymətləndiriblər:

"12 dekabr 2003-cü ildə böyük dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ağır xəstəlikdən sonra xəstəxanada vəfat etdiyi yaxşı xatırlayıram. Əlbətdə ki, hamımız onun uzun müddət xəstələndiyini, səhhətinin ağır olduğunu bilirdik, amma yenə də ölüm xəbəri sözün əsl mənasında qəlblərimizi ildırım kimi vurdu. Bütün insanlar Heydər Əliyevə SSRİ dövründə Azərbaycanın bayrağını uca qaldıran bir insan kimi sonsuz hörmət edir və qiymətləndirirdilər. 15 dekabr - Heydər Əliyevin dəfn gününü xatırlayıram. O gün Bakıda idim, indi Heydər Əliyevin parlaq adını daşıyan Respublika Sarayının zalında dəfn mərasimində iştirak edirdim. Onlarla nümayəndə heyəti və müxtəlif ölkələrin liderləri, dövlətlərindəki bütün işləri buraxaraq, Heydər Əliyevlə vidalaşmaq üçün Bakıya gəlmişdilər. Rusiya prezidenti Vladimir Putinin dəfn mərasimində iştirak etdiyini və o başa çatdıqdan sonra İlham Əliyevə o vaxta qədər cəmi 20 nəfərin layiq görülmüş Rusiyanın ən yüksək dövlət mükafatı - "Müqəddəs Apostol Pavel Pervozvannıy" ordenini verdiyini xatırlayıram. Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təltif olunduğu orden, təəssüf ki, heç vaxt şəxsən ona təqdim edilmədi, ölümündən sonra ailəsinə verildi. Dəfn günü doğurdan da bütün Bakı liderini yola salırdı. Təkcə Bakı deyil - bütün Azərbaycan bu görkəmli insana yas tutdu. Dünyada milyonlarla insan Heydər Əliyevin xatirəsini yad edirdi".

M.Qusman qeyd edib ki, simvolikdir ki, 12 dekabr - onun ölüm günü Azərbaycanda hərbi vəziyyətin ləğv edildiyi günə təsadüf edib.

"12 dekabrda Azərbaycanın Vətən müharibəsində böyük qələbəsi ilə taclandırılan Qarabağdakı münaqişə qanuni olaraq başa çatdı. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, Ali Baş Komandan kimi qətiyyəti sayəsində Azərbaycan Ordusunun, bütün Azərbaycan xalqının səyləri ilə, Heydər Əliyevin vəsiyyətləri gerçəkləşib. İlham Əliyevi 8 noyabrda Şuşa şəhəri azad edildikdən sonra verdiyi andın gerçəkləşdiyini Heydər Əliyevə abidəsi önündə şərəflə hesabat verərkən gördükdə kövrəlirdim. Qarabağ Azərbaycandır və nida". (Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam