Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"MSDIS HOLDING" MMC ilə bağlı həqiqətlərdən…

Yenixeber.org: Dünən saytımızda "MSDIS HOLDING" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı, eləcə də, şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əməkdaşlığından bəhs olunan yazı yer almışdı. Yazıda "MSDIS HOLDING MMC-nin AAYDA-nin tender müsabiqələrinin qalibi olması və bir neçə şəhər və rayon mərkəzlərində yol çəkilişi layihələri sadalanmışdı. Lakin sonradan redaksiyamıza təqdim olunan faktlardan belə məlum oldu ki, yazıda müəyyən yanlışlıqlara yol verilib…

Belə ki, "MSDIS HOLDING MMC-nin icraçısı olduğu yol çəkilişləri AAYDA-nin deyil, aidiyyatı üzrə Şəhər və Rayon İcra Hakimiyyətlərinin balansındadır. Başqa sözlə nə bu yolların, nə də bu yol çəkilişlərinin AAYDA-nə aidiyyatı yoxdur. Bu layihələr müvafiq Şəhər və Rayon İcra Hakimiyyətlərinin elan etdiyi tender müsabiqələrində "MSDIS HOLDING MMC tərəfindən udulub. Bəlli qayda və qanunlaraq uyğun, elektron hökumət sistemi ilə…

O da məlum oldu ki, nə "MSDIS HOLDING MMC-nin AAYDA ilə, nə də şirkətin direktoru Mirfəyyaz Nağıyevin AAYDA-nin  aparat rəhbəri İlqar Əhmədovla nəinki dostluq münasibəti, ümumiyyətlə tanışlıqları belə yoxmuş. Bu və digər səbəblərdən məlum yazını saytda qalmasını uyğun bilmədik. Dəyərli yenixeber.org oxucularından bu anlaşılmazlığı anlayışla qarşılamalarını xahiş edirik.

Qarşıdakı günlərdə "MSDIS HOLDING MMC-nin fəaliyyəti ilə bağlı dolğun, geniş yazı hazırlayacağıq.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam