Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İcra Hakimiyyəti nizamnamə kapitalı 10 manat 60 qəpik olan şirkətə-8 milyon ayırdı


Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: 3 milyon 174 min 710 manat 26 qəpik dəyərində tender müsabiqəsinin qalibi  “Ərdagı” MMC olub. “Ərdagı” MMC Gəncə şəhərində abadlıq-quruculuq işləri görəcək.

Qeyd edək ki, son 3 ay ərzində “Ərdagı” MMC ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 3 tender müqaviləsi imzalanıb. 04.05.2020-ci il tarixində “Ərdagı” MMC  Gəncə şəhərində yolların təmiri üçün Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyilə 3 milyon 970 min 850 manat 36 qəpik dəyərində müqavilə imzalayıb. 03.07.2020-ci il tarixində isə “Ərdagı” MMC Gəncə şəhərində D. Qorqud, Niyazi və S. Bəhlulzadə küçələrində yolların əsaslı təmiri üçün Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyilə 859 min 424 manat 66 qəpik dəyərində müqavilə imzalayıb.
Onu da bildirək ki, 1992-ci ildə dövlət qeydiyyatına alınan “Ərdagı” MMC -nin nizamnamə kapitalı 10 manat 60 qəpik təşkil edir. “Ərdagı” MMC-nin Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyilə bağladığı tender müqavilələrindən başqa bu MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.
Məlumat üçün onu da qeyd edək ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “The First Holding” MMC adlı şirkət ilə də tender müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə,  “The First Holding” MMC Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə 77 min 974 manat 40 qəpik dəyərində təsərrüfat malları və 80 min 147 manat 96 qəpik dəyərində avtomobil ehtiyyat hissələri satacaq.
Qeyd edək ki, “The First Holding” MMC cəmi 5 ay əvvəl – 16.12.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “The First Holding” MMC -nin qanuni təmsilçisi Zeynalova Humay Tofiq qızıdır. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 78, m. 21 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, tender müsabiqəsində iştirak edə bilmək üçün iştirakçılardan tələb olunan sənədlər arasında son 1 ildəki maliyyə vəziyyətilə bağlı arayış tələb olunur. "The First Holding” MMC isə cəmi 5 ay əvvəl dövlət qeydiyyatına alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam