Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Allahşükür Paşazadədən dini liderlərə qadağa: “Cavab verməyin!”

Allahşükür Paşazadədən dini liderlərə qadağa: “Cavab verməyin!”

 

İranın dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amilinin öz cümə xütbəsində Azərbaycanı hədələməsi böyük ajiotaja səbəb oldu. Cəmiyyətin ən müxtəlif kəsimlərini təmsil edən şəxslər Amiliyə cavab versələr də, Azərbaycan dindarlarının tanınmış simaları, xüsusilə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin yaxın çevrəsinə daxil olan adamlar şübhəli susqunluq nümayiş etdirdilər. QMİ rəhbərliyi cəmiyyətin və mətbuatın çağırışlarını israrla qulaqardına vurmaqda davam edir.

Yenixeber.org: Nə baş verir? Şeyx və çevrəsi İran ayətullahının təhdid xarakterli çıxışına niyə reaksiya vermək istəmir? Şeyxin ən müxtəlif məsələlərə çevik reaksiyası ilə tanınan “əshabəsi” – Hacı Şahin, Hacı Surxay, Hacı Fuad, Hacı Ramil və digərləri niyə jurnalistlərin çoxsaylı zənglərini “eşitməz” olublar? Dünənə kimi Məhərrəmlikdə toy etməyin günahından tutmuş arvadın kişiyə qulluq etməsinin savabına qədər hər mövzuda danışan bu adamlar birdən-birə niyə susdular? Daş sükut nə vaxta kimi davam edəcək?

QMİ rəhbərliyində təmsil olunan şəxslərin sükuta qərq olmasının səbəbini öyrənə bilmişik.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxslərindən biri saytımıza açıqlamasında tanınmış din xadimlərinin məhz Şeyxin göstərişi ilə “lal-dinməz” olduqlarını bildirib.

Onun dediyinə görə, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amilinin məlum çıxışı mətbuatda və sosial şəbəkələrdə tirajlanandan sonra Hacı Allahşükür Paşazadə mətbuatla əməkdaşlıq edən əshabəsinə bu mövzuda danışmağı qadağan edib. Mənbə deyib ki, istər Hacı Şahin, istər Hacı Surxay, istər Hacı Fuad, istərsə də Hacı Ramil Şeyxdən aldıqları təlimata uyğun olaraq bu məsələyə münasibət bildirməkdən israrla imtina edirlər.

QMİ nümayəndəsinin sözlərinə görə, Şeyx öz əshabəsinə vəziyyətdən çıxmağın yolunu da göstərib: “Heç bir telefon zənginə cavab verməyin. Məcburiyyət qarşısında qalıb telefonu açmalı olsanız, jurnalistə mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görün”.

Mətbuat xidmətinə verilən göstəriş isə konkret olub: “Məndən təlimat gəlməyənə kimi jurnalistlərlə kontakda olmayın!”

Qeyd edək ki, başda Şeyx olmaqla QMİ rəhbərliyinin məlum mövqeyi çoxsaylı şübhələrə yol açıb. Sosial şəbəkələrdə Şeyxin və yaxın ətrafının İrana işlədiyinə dair iddialar ortaya atılıb. Qarşı tərəfin ağzına su alıb durması bu iddiaları daha da qüvvətləndirib. Şeyxin Azərbaycana, yoxsa İrana işlədiyini tarix göstərəcək. Hələlik isə görünən odur ki, zaman Şeyxin əleyhinə işləyir…(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam