Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

İranın dini agenturası: Ocaq Necat və əl öpənlər

Yenixeber.org: Bu günlərdə Şuşadakı namaz məsələsinə görə, Ocaq Necat adlı din xadimi müzakirələrə və tənqidlərə səbəb oldu. Onun arxasında dayanıb namaz qılan və tənqidlərin də bir qisminə tuş gələn Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) adlı qurum, daha doğrusu qurumun rəsmisi, Məşədi Dadaş məscidinin axundu və Ocaq Necata da yaxınlığı ilə bilinən Şahin Həsənli isə açıqlama verərək tənqidlərə səbəb olan məqamları əməlli-başlı malalayıb və müdafiə edib. Əslində, Həsənlinin müdafiəsi və Şeyxüluslamın Ocaq Necata rəğbəti təəccüblü və sıradan deyil. Çünki bütün bunlar İran agenturasının din pərdəsi altında apardığı uzunmüddətli təbliğatın nəticəsidir. Bunun da kökündə İran hakimiyyətinin ölkəsində verdiyi dini təhsil dayanır. Zarafat deyil, hər il çox sayda azərbaycanlı İranın Qum və digər şəhərlərinə üz tutaraq dini təhsil alır, əslində isə qırxılmış başları dəvə dərisi ilə örtülüb günəş altında saxlanılaraq manqurtlaşan adamlar kimi, daha təbii üsulla manqurtlaşdırılıb İran siyasi hakimiyyətini təbliğat üçün Azərbaycana göndərilir. Buna əsasən, Hacı Şahin adlı İranda dini təhsil alan din xadiminin və hər il Ramazan və Qurban bayramlarını dünya İslam təqvimi ilə deyil, İranın fətvası ilə təyin edən Şeyxülislam Paşazadənin Ocaq Necata olan rəğbəti təəccüblü deyil.
İndi isə keçək sözügedən Ocaq Necata. Bəs, bu Ocaq Necat kimdir? Ocaq Necatı uzun illərdir tanıyıram və bir neçə dəfə moizələrinə və xütbələrinə qulaq asmışam. Əslən Cənubi Azərbaycanlıdır və rəsmi olaraq İranın Ali dini lideri (əslində siyasi) Xameneinin Azərbaycandakı nümayəndəsidir. Əsas sual isə budur: İranın və siyasi təbliğatlarını din adı altında aparan İran hakimiyyətinin Azərbaycanda nə üçün dini-rəsmi nümayəndəsi olmalıdır? Göründüyü kimi, söhbət qeyri-İslam dininin nümayəndəsindən yox, məhz hansısa ölkənin dini nümayəndəsindən gedir. O ölkə ki, Azərbaycanı istila etmək üçün tülkü kimi qulaqlarını şəkləyib, pusquda durub. Üstəlik, sözdə də olsa, İran da İslam dininə mənsub ölkədir. Məgər, Nigeriyanın, yaxud Pakistanın, yaxud digər İslam ölkələrinin dini liderlərinin Azərbaycanda dini-rəsmi nümayəndəsi varmı? O halda İrana bu səlahiyyət niyə verilir ki, İran da Ocaq Necat kimi "din xadimləri"nin cəsusluğu altında agentura toplayıb, əleyhimizə təbliğat aparsın?
Xatırladım ki, Xamenininin nümayəndəsi Ayətullah Həmədani və Ayətullah Xoyi bir neçə il bundan əvvəl Azərbaycana səfər edəndə, səfər çərçivəsində siyasi məhbus kimi qələmə verilən, əslində isə İranın açıq şəkildə təbliğatını aparan Tale Bağırzadə onların ayaqlarına döşənib, əllərini öpürdü. Yaxud, Nardaranda aşura mərasimlərində qəbristanlıq qarağalarından fərqlənməyən mərsiyəxan və məddah Taleh Bağırzadə deyildimi başının üstündən Xomeyni və Xameneinin şəkillərini asıb, Azərbaycanı İrana satmağa hazır oldğunu bildirən? Məgər, həmin Boradigahi deyildimi videokliplərinin birində Azərbaycan ərazisini İran ərazisi kimi qələmə verən? Təbii ki, bu kimi nümunələr çoxdur.
Heç şübhəsiz bütün bunların hamısı İran dini agenturasının Azərbaycanda apardığı iyrənc siyasətin təzahürləridir ki, bunun da başında həmin Ocaq Necat və onun timsalında İranda dini təhsil alıb, Azərbaycana qayıdan din xadimləri dayanır. Ona görə də ölkəmizin milli maraqları naminə bu cür adamlara nəinki imtiyaz vermək, ümumiyyətlə dövlət və din işlərindən uzaqlaşdırmaq lazımdır. Uzaqlaşdırmaq lazımdır ki, Livandakı "Hizbullah"ın biri də bizdə peyda olmasın.
Mərahim Nəsib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam