Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

"Azərtranss” MMC nədən bu qədər MATAHDIR... -"TENDER KRALI"NA ÇEVRİLİB...

 
Qazax və Tovuz rayon İcra Hakimiyyətləri tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yenixeber.org: Tender müsabiqələrinin qalibi "Azərtranss” MMC şirkəti olub.
"Azərtranss” MMC Qazax və Tovuz rayon İcra Hakimiyyətlərindən ümumilikdə 1 milyon 914 min 456 manat 61 qəpik alacaq.
Bu vəsaitin 436 min 48 manat 95 qəpiyi Qazax şəhərində yolların əsaslı təmiri işlərinə, 918 min 395 manat 5 qəpiyi Qazax şəhərinin küçə və yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparılmasına, 560 min 12 manat 61 qəpiyi isə Tovuz rayonunda yolların təmiri işlərinə sərf olunacaq.
Onu da bildirək ki, cəmi 2 ay əvvəl Qazax rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri işləri üçün "Azərtranss” MMC 483 min 198 manat 51 qəpik, Qazax şəhərinin küçə və yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparılması işləri üçün 918 min 395 manat 22 qəpik, yaşayış binalarının əsaslı təmiri işləri üçün isə 139 min 611 manat 92 qəpik verib.
Rəqəmlərdən də göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti son 2 ayda yolların təmiri və abadlıq işləri üçün "Azərtranss” MMC-yə 2 milyon 895 min 649 manat 65 qəpik ayırıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan "Azərtranss” MMC 17.02.2010-cu il tarixində dövlət qeydiyyatına alının. "Azərtranss” MMC -nin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Şirkətin hüquqi ünvanı Qazax şəhəri, Heydər Əliyev, ev 58/5-də yerləşir.(yeniavaz)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam