Gədəbəyin icra başçısının müəmmalı ortaqları... -İLGİNC
2020-cu ildə Gədəbəy rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 143 min 664 manat məbləğində 18 tender keçirilib.
Yenixeber.org: Məlumata görə, İcra hakimiyyəti 8 tenderə 1 milyon 902 min 171 manat xərcləyib. Gədəbəy Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "AZƏRTRANSS" MMC udub.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 212 min 672 manat olan 7 tender müsabiqəsi keçirib. Ən böyük tenderlərin qalibi "A4 Plaza"MMC (48 min 927 manat) olmuşdur.
2020-cu ildə Gədəbəydə Rayonunda keçirilən tenderləri təqdim edirik:
Deyəcəksiniz ki, nə olsun... hansısa şirkət udmalıdır da bu lənətə gəlmiş tenderi... Amma aparılan qısa araşdırmadan aydın olur ki, sən demə, bu “Azərtranss” MMC icra hakimiyyətlərinin sevimlisidir.
Bu ilki faktlar oxucularımız üçün hələ unudulmadığından “Azərtranss” MMC-nin icra hakimiyyətləri ilə təkcə 2019-cu ildə hansı işləri gördüyünü diqqətinizə təqdim edirik və buradan özünüz nəticə hasil edin...
"Azərtranss"-ın adı bunlarla yanaşı Meliorasiya və Su Təsərrüfatı ASC-dən tutmuş "Azəristiliktəchizat" ASC-yə qədər bir çox qurumların iri, milyonluq dövlət satınalmalarında da keçir. Məsələn, şirkət bu il təkcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin qalibi olub. Lakin bu şirkətlə bağlı əldə edə bildiyimiz məlumat yalnız odur ki, “Azərtranss” MMC-nin hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev küçəsi, qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.
Əlbəttə ki, belə bir şirkətin eyni zamanda bir neçə rayonda milyonlarla dəyəri olan böyük layihələri həyata keçirə bilməsi, iri həcmli işlər görməsi fiziki cəhətdən kifayət qədər müəmmalı görünür. Digər tərəfdən, müxtəlif dövlət qurumlarının hansı xüsusiyyətlərinə görə məhz bu şirkətə üstünlük verdikləri də maraq doğuran məsələlərdəndir...
Ümumiyyətlə, tenderlər və dövlət satınalmaları sahəsindəki vəziyyət göstərir ki, Azərbaycanda inhisarçılığın və məmur oliqarxiyasının qarşısının alınması, eləcə də büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə nail olunması üçün hələ çox işlər görülməlidir...(dia.az)