Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jurnalistlər üçün tikilən bina növbəti il təhvil veriləcək

 

“Jurnalistlər üçün tikilən binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur”

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında bildirib. 
V.Səfərli vurğulayıb ki, hazırda tikinti işləri davam edir: “Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Ancaq onu demək çətindir ki, bina bu ilin sonuna qədər təhvil veriləcək ya yox... İş gedir. Binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur. Biz istəyirdik ki, ilin sonuna qədər yekunlaşsın, görək necə olacaq”. 
Yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq. 
Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. 
2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli bina istifadəyə verilib. 
Ümumilikdə 156 Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndəsi mənzillə təmin olunublar. Elə həmin gün növbəti binanın təməli qoyulub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam