Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Şuşadakı erməni kilsəsində xeyli silah tapılıb…” –KÖHNƏ QƏZETLƏRİ VƏRƏQLƏYƏRKƏN

Əziz Rzazadə

“Strateq”, 06.02.2021

 

Yenixeber.org: Bir neçə gündür ki, ötən əsrin əvvəlində, çar Rusiyasında nəşr olunmuş qəzetləri vərəqləyirəm. İmperiyanın bütün künc-bucaqları arasında Qafqazda baş verən hadisələr barədə məlumatlar  marağımın əsas hədəfidir. Qərara gəldim ki, seçmələri “Strateq” oxucuları ilə paylaşım.

 

“Russkoye Slovo”

10 avqust 1906

ŞUŞA. Atışma dünən gecə yenidən başlanıb. Müsəlmanların “barışıq” yürüşü baş tutmayıb. Ermənilərlə tatarlar arasında toqquşmalar bütün bölgədə baş verir. Bu gün şəhər sakitdir. Sülh danışıqları davam edir.

QARS. Müsəlmanların Türkiyəyə kütləvi köçü müşahidə olunur. Son 2 ayda 800-dən çox ailə köçüb. Köçün əsas səbəbi şiddətlənmiş erməni-tatar qarşıdurması və hərbi xidmətə getmək istəməmədir.

 

“Russkoye Slovo”

16 sentyabr 1906

BAKI. Həbsxanada qəfil axtarış aparılıb. Bir mişar, bıçaq, qovluq, ip tapılıb. Qaçış hazırlanırmış.

 

“Telefon”

19 sentyabr 1906

BAKI. Şəhərin kənarında, tatar hissəsində, gecə iki döyüşən müsəlman partiyası arasında atışma olub. Düşmənçilik ətraf kəndlərdə xüsusilə kəskin xarakter alır, buradan hər gün qarşıdurmalarla bağlı həyəcanverici məlumatlar alınır.

 

“Novoye Vremya”

22 sentyabr 1906

BAKI. <…> Şəhər mərkəzindəki bir mağazanı qarət edən kommunist-anarxistlərin başçısı Abram Ştern yoldan keçənlər tərəfindən yaxalanıb. Polisə təhvil verilən Ştern qaçmağa çalışıb, ancaq kazaklar tərəfindən öldürülüb. Ştern idarə və kassirlərin bir sıra soyğununda, habelə pul tələblərinə əməl etmədiyi üçün bir sıra şəxslərin qətlində şübhəli bilinirdi.

 

“Novoye Vremya”

23 sentyabr 1906

“Kaspi” qəzetinə Bakı Anarxist Kommunistlər Partiyasının aşağıdakı maraqlı elanı göndərilib:

“Son vaxtlar Bakıda bəzən anarxist-kommunist bayrağı adı altında hərəkət edən şantajçı kütləsi meydana çıxıb. Bu adımızın, ideallarımızın qəsbidir. Buna görə də, bəyan edirik: anarxist-kommunistlər adından hərəkət edən hər bir şantajçı amansızcasına öldürüləcəkdir.

Bu gün belə şantajçı dəstənin iki üzvünü artıq anarxist fəhlələr öldürüblər: Qriqor Ter-Avanesyants və Artyom Tovmasyants.

Bütün çoxmillətli şantajçı dəstələr bunu bilsin və bizi rahat buraxsınlar.

Eyni zamanda, hər hansı bir anlaşılmazlığın qarşısını almaq üçün bildiririk ki, burada yalnız anarxist-kommunist qrupları işləyir – “Anarxiya”, “Borba” və “Bund”.

Bakı anarxist-kommunistlər qrupu adından “Anarxiya”…

 

“Russkoye Slovo”

26 sentyabr 1906

BAKI. Dünən, axşam saat 8-də qoşunlar şəhərin əsas hissəsini atəşə tutmağa başlayıb. Atışma saat 11:00-a qədər davam edib. Səbəbi hələ də məlum deyil. Yaxınlaşmaqda olan “qiyam” barədə yayılan şayiələrdən qorxan sakinlər özlərini evlərində əsir ediblər. Mərkəzdəki bütün mağazalar bağlıdır. Ölənlər və yaralananlar var.

 

“Russkoye Slovo”

27 sentyabr 1906

BAKI. “Baku” qəzeti polis rəisinin 11 sentyabr hadisəsi ilə bağlı general-qubernatora hesabatını dərc edib.

Polis Krasnovodskaya küçəsindəki “Sevastopol” restoranında axtarış aparıb, orada anarxist-terrorçular və “Qırmızı güruhçular” toplaşıb. Salona girən polis küncdə bir qrupu görüb. Adamlardan biri polisi müşayiət edən zabitə atəş açıb, bundan sonra əsgərlər salonda atəş açmağa başlayıblar.

Eyni zamanda, Molokanskaya küçəsindəki “Kavkaz” otelindən və Morskayadakı Həsənovun evindən əsgərlərə atəş açılıb. Bu küçələr arasında 150-yə qədər müxtəlif müəssisə olan məhəllə var və məhəllə atəşə tutulub.

Axtarış zamanı 88 nəfər həbs olub. Həbs olunanların bəziləri artıq sərbəst buraxılıb.

 

“Russkoye Slovo”

1 oktyabr 1906

BAKI. Xaçmaz stansiyası yaxınlığında soyğunçular hərbi limanın mühasibi Terentyev, liman rəsmisi Lebedev və liman komandiri Skalovskinin oğlunu tutublar. Onları 3 gün girov saxladıqdan sonra soyğunçular Terentyevi 3000 rubl fidyə verə bilməsi üçün sərbəst buraxıblar, əks halda, yoldaşları öldürüləcək. Fidyə üçün bir həftəlik möhlət verilib.

 

“Kiyevlyanin”

14 oktyabr 1906

TİFLİS. Şuşada, iki erməni kilsəsindəki mehrabda axtarışı zamanı 46 kisə bomba, iki patronlu ov tüfəngi və kerosinlə doldurulmuş qablar aşkar edilib. 2 keşiş tutulub.

 

“Russkoye Slovo”

17 oktyabr 1906

TİFLİS. Bir tapançadan açılan iki atəşlə “vətənpərvər” partiyanın üzvü olan Zaqafqaziya yollarının dülgərlik sexinin ustası Daşkovski öldürülüb. “Vətənpərvərlər” atəş açılmış dükanı dağıdıb və yandırıblar. Qatil yoxa çıxıb. <…>

 

“Sankt-Peterburqskoye i Rossiyskoye Teleqrafnoye Agentstvo”

12 noyabr 1906

TİFLİS. Şənbə günü təhlükəsizlik şöbəsi məlumat alıb ki, şəhərin tatar hissəsində, Meydanda, yaşayış olmayan bir erməni evində vərəqələr, silah və s. saxlanılır. Gecə saatlarında axtarış aparılıb. İki pud təbliğat vərəqəsi tapılıb. Divar şkafını açmağa çalışıldıqda, ikinci mərtəbənin tam çökdürən qulaqbatırıcı partlayış baş verib. 2 polis və qarovulçu dağıntılar altında ölüb. <…>

 

“Novoye Vremya”

8 noyabr 1906

Bakıda bir neçə fəndgir dəstə xəstəxanalar, məktəblər, suı köşkləri, mal-qara tövlələri və s. şəhər upravasının adından damların qırını guya yoxlama adıyla sökür və iz qoymadan yox olurlar.

 

“Telefon”

7 dekabr 1906

TİFLİS. <…> Avqust ayında 23.000 rublu israf edən və intihar etdiyi deyilən poçt məmuru Sarkis Sergeyev “Grand Hotel”də tutulub. Onda 40 rubl və bir neçə min dəyərində qiymətli kağız tapılıb.

 

“Telefon”

11 dekabr 1906

TİFLİS. Uyezd zadəganların seçilmiş nümayəndəsi knyaz Baqration-Davıdov kilsədə ona uzadılmış əlini sıxmadığı üçün Tiflis qubernatoru Rauş fon Taubenberqi duelə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam