Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft emalı zavodları paytaxt kənarlarına nə zaman köçürüləcək...

 

 

“Mirvari Qəhrəmanlı: “Oralarda yaşayanlar arasında ürək, xərçəng xəstəliklərindən ölənlər çoxdur”; İlham Şaban: “Yeni zavod üçün pul tapılmaması fikrini qəbul etmirəm”

 

 

Yenixeber.org: Bakı şəhərində neft emalı zavodunun yaxınlığında yaşayan sakinlərin həm həyatı, həm də sağlamlığı təhlükə altındadır. Zavodun ərazisində, hətta müxtəlif qurğuların yaxınlığında evlər tikilib, 10 minlərlə insan yaşayır. Həmin ərazilərdə yaşayan sakinlərin redkasiyamıza verdiyi məlumata görə, zavod qurğularından qalxan tüstü, müxətlif iy-qoxuları hər gün hiss edirlər. Bəzən belə qoxular günlərlə havada qalaraq, insanları narahat edir.

Xatırladaq ki, 2009-cu ildə prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə yeni Neft, Qaz emalı və Neft-kimya Kompleksinin inşası ilə komissiya yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hazırlanmış təkliflər paketini hökumət təsdiqləyib. Yeni kompleksin 2018-2020-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulurdu. Kompleksin tərkibinə Qaz Emalı Zavodu (ildə 10 mlrd. kubmetr istehsal gücü), Neft Emalı Zavodu (ildə 10 mln. ton istehsal gücü), Neft Kimya Zavodu (ildə 1,8 mln. ton hazır məhsul), Enerji Bloku və s. yardımçı infrastruktur daxil olacaqdı. Kompleksin istismara verilməsi ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə köhnə istehsal güclərinin istismardan çıxarılması nəzərdə tutulurdu. 

Kompleksin maliyyələşdirilməsində Dövlət Neft Fondunun da iştirakı planlaşdırılırdı. Belə ki, layihənin maliyyələşdirilməsinin 30 faizinin səhm kapitalı, 70 faizinin borc kapitalı hesabına aparılması, səhm kapitalının isə 90 faizinin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdu. Hətta Neft Fondunun 2014-cü il büdcəsindən layihənin maliyyələşdirilməsi üçün 285 milyon manatın ayrılması planlaşdırılırdı.

Lakin sonradan neft emalı zavodunun tikintisi planı təxirə salındı. Belə ki, neftin dünya bazar qiymətinin ucuzlaşması bu layihənin qrafikinə ciddi təsir göstərdi. 2014-cü ildə məlum oldu ki, neft emalı zavodu bu layihənin ikinci mərhələsində inşa ediləcək və 2032-ci ildə istismara veriləcək. SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti, OGPC-nin direktoru Tofiq Qəhrəmanovun mətbuata verdiyi məlumata görə, respublikanın neft məhsullarına olan tələbatının təmin olunmasının vacibliyi və qlobal neft-qaz layihələrinin reallaşdırılmasına böyük həcmdə investisiyaların yatırılması nəzərə alınaraq, neft emalı zavodunun tikintisinin iş qrafikinə dəyişiklik edilməsinə dair qərar qəbul olunub. T.Qəhrəmanov bildirib ki, həmçinin Azərbaycanda yanacağa olan tələbatın təmin edilməsi çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması, eləcə də onun daha 15 il ərzində öz işini davam etdirməsi haqqında qərar qəbul edilib. SOCAR rəsmisi deyib ki, zavodun modernizasiyası prosesində 14 yeni qurğunun tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Göründüyü kimi, yaxın onillikdə nəinki zavodun bağlanması gözlənilmir, əksinə, istehsal gücü daha da artırılır.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, əvvəllər Xətai rayonunda UPD, NZS, Keşlə, 8-ci kilometr qəsəbələri, Nizami rayonunun əksər ərazilərində yaşayış çox az olub:“Sonralar o pul-rüşvət hesabına oralarda tikintilər çoxaldı. İndi o qədər insan yaşayır ki...  Köhnə neft çənləri evlərin əhatəsində qalıb. O ərazidə yaşayanlar arasında ürək-damar, xərçəng xəstəliyindən ölüm halları hədsiz çoxalıb. Uşaqlar arasında viruslu xəstəliklər geniş yayılıb”.

Komitə sədrinin sözlərinə görə, zavod yaxınlığında, həmçinin Balaxanıda, Suraxanıda, Bibiheybət və digər neft istehsalı ərazilərində yaşayan insanların sağlamlığına böyük zərər dəyir: “Bizim monitorinqlərimiz olub dəfələrlə. Elə yerlər var ki, balaca uşaqlar neft ”kaçalkaları"nın üstünə çıxıb oynayırlar. Neftayırma zavodunun fakellərindən nə qədər zərərli tullantılar atılır ətrafa. 90-cı illərin sonlarında Bibiheybətdən neftli ərazilərdən əhalinin köçürülməsi planı hazırlanmışdı, amma yaddan çıxdı".

M.Qəhrəmanlı hökumətin köçürmə siyasətinin anlaşılan olmadığı qənaətindədir: “Bütün Bakı ərazisində müxtəlif yerlərdən əhalini köçürürlər. ”Sovetski"ni,  xruşşovkaları, Xutoru sökürlər. Mən anlaya bilmirəm ki, hökumət həyat və sağlamlıq üçün təhlükəli olan əraziləri qoyub niyə elə yerlərdən əhalini köçürür? İnsanların həyatı, sağlamlığı böyük təhlükə altındadır".

Komitə sədri maraqlı bir məlumat da açıqladı ki, bir neçə ay əvvəl UPD, NZS tərəfdə gecə saatlarında havada xoşagəlməz qoxu yayılıb: “Mən yazandan sonra Ekologiya və Təbii Sərvətlər  Nazirliyi gedib zavodu yoxlayıb cərimələdi. Həmin vaxt məlumat yayılmışdı ki, guya Qazaxıstandan gətirilən kükürdlü neft emal olunanda elə kəskin qoxu yayılır. Bu məlumatın nə qədər dəqiq olduğunu, təəssüf ki, deyə bilməyəcəm”.

İlham Şabanı ile ilgili görsel sonucu

Neft sektoru üzrə ekspert,  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Bakı şəhərində 2 neft emalı zavodu(NEZ) var: “Ən qədimi ”Azərneftyağ"dır - N qədər modernləşdirmə ilə 1880-ci illərdən fəaliyyət göstərir və Bakı buxtası sahilində Qara şəhərdə, keçmiş Rus İmperisyasının da ən böyük neft emalı müəssisəsi olub vaxtilə. Sovet zamanı da 8 milyon tona qədər neft emalı gücü olub, ancaq son illər orada 1-1,5 milyon ton neft emal edilir. Burada əsasən yağlar istehsal edilib - yəni ağır fraksiyalar. İkinci neft emalı müəssisəmiz indi H.Əliyev adına adlandırılan NEZ-dir. O, 1953-cü ildə tikilib. 1983-cü ildə modernizasiya edilib və 2015-ci ildən əsaslı şəkildə yenidən qurulur. “Azərnetyağ”da hazırda ancaq bitum qurğusu fəaliyyət göstərir. H.Əliyev adına NEZ-də yeni bitum qurğusu tikilib istifadəyə verildikdən sonra bu zavod bir müddət işləyib və 2019-da demontaj olunmalıdır. Çox düzgün qərardır, çünki şəhərin həm ekologiyasını korlayır, həm də görkəmini".

İ.Şaban hesab edir ki, Azərbaycan hökuməti 2010-cu ildə Qaradağda yeni neft emalı müəssisəsi tikilməsi layihəsi üzərində israrlı olmalıydı: “Hökumət «Koroğlu» metrosundan başlayaraq Keşlə qəsəbəsinə qədər böyük bir ərazidə uzanan və şəhərin artıq mərkəzindəı yerləşən ikinci NEZ-i də köçürməkdə iradəsini göstərməliydi. Ancaq təsəvvür edin ki, bu zavodu 2 milyard dollara yaxın bir vəsaitlə 5 ilə böyük əzab-əziyyət hesabına yenidən quracaqlar və 20 il bu modernizasiyadan sonra şəhərin mərkəzində onun yerini dəyişmək iqtisadi baxımdan artıq əlverişli olmayacaq. Bu müddətdə yeni bir nəsil yetişməli olacaq. Halbuki həm kreditlər, həm də neft fondunun və ilk dəfə olaraq Azərbaycan xalqının özünün birbaşa yatırımları hesabına (bu NEZ-in 25 faiz səhmləri Bakı birjasına çıxarıla bilərdi və SOCAR-ın istiqrazları kimi hər bir vətəndaşa 1 ədəd olmaqla satıla bilərdi - yəni variant kimi deyirəm). Yəni hökumətin ”vəsait olmadığından biz bunu edə bilmədik" deyimi ilə mən heç də razı deyiləm".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam