Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda etiraz aksiyası: 1 ölü, 2 yaralı

İranın Behbahan şəhərinin Şahruyi kəndində keçirilən etiraz aksiyasında polislə iştirakçılar arasında qarşıdurma baş verib, ölən və yaralananlar var.

Xeberinfo.com:   Məlumata görə, aksiya iştirakçıları “Bid Bolənd 2” neft emalı zavodunda işə götürülməmələrinə etiraz ediblər. Polisin müdaxiləsi nəticəsində qarşıdurma yaranıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Behbahan şəhərinin başçısı Hüseyn Məlikxudayi deyib ki, etirazçılar “Bid Bolənd 2” neft emalı zavoduna gedən yolu bağlayıblar, yolu açmaq üçün gedən polis qüvvələrinə hücum ediblər: “Onlar odlu silahla təhlükəsizlik qüvvələrinin üzvlərinə atəş açıblar.Kənd sakinlərindən bir nəfər ölüb və iki nəfər yaralanıb”.

H. Məlikxudayi deyib ki, aksiyanın təşkilatçıları həbs olunublar. “Bid Bolənd 2” neft emalı zavodunun tikintisinə bir neçə ay öncə başlanılıb. Bu zavod yaxın iki ildə istifadəyə verilməlidir. Sahruyi kəndi bu zavodun yaxınlığında yerləşir. İndiyə kimi bu zavodun tikintisində 340 nəfər işə götürülüb ki, onlardan 65 nəfəri Şahruyi kənd sakinidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam