Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NİYƏ QÜDS ŞƏHƏRİ İSRAİLİN PAYTAXTI OLA BİLMƏZ?–ARAŞDIRMA

Zena Tahhan, Fərəh Nəccar

“Al-Jazeera” (Qətər)

 

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı adlandırıb və Birləşmiş Ştatlar səfirliyinin bu şəhərə köçürülməsi prosesini başladıb. Bu hərəkət dünya liderlərinin qlobal qınağına səbəb olub.

Yenixeber.org: İsrail Şərqi Qüdsü 1967-ci ildə, Suriya, Misir və İordaniya ilə müharibə əsnasında işğal edib; Müqəddəs Şəhərin qərb yarısı 1948-ci ilin Ərəb-İsrail müharibəsində ələ keçirilib.

İsrailin Şərqi Qüdsü işğal etməsi de-fakto bütün şəhəri İsrailin nəzarəti altına salıb. İsrailin yurisdiksiyası və Qüdsün onun mülkiyyəti olması, Birləşmiş Ştatlar da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.

Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində səylərin əsas nöqtələrdən biridir.

 

Beynəlxalq birliyin mövqeyi

 

Fələstinin yəhudi və ərəb dövlətləri arasında bölünməsinə dair BMT-nin 1947-ci il tarixli planına əsasən, Qüdsə xüsusi status verilib, o, beynəlxalq suverenlik və nəzarətə alınıb. Xüsusi status Qüdsün üç İbrahimi din üçün əhəmiyyətinə əsaslanır.

1948-ci il müharibəsində, BMT-nin Fələstini bölmək üçün tövsiyələrinə istinadla, sionist qüvvələr şəhərin qərb yarısını nəzarət altına alıb və bu ərazini öz dövlətlərinin bir hissəsi elan ediblər.

1967-ci il müharibəsi dövründə israillilər Qüdsün İordaniyanın nəzarətindəki şərq hissəsini ələ keçirib və beynəlxalq hüquqa zidd olaraq şəhəri İsrail qanunvericiliyi əsasında idarə edir.

1980-ci ildə İsrail "Qüds Qanunu"nu qəbul edib, "Qüdsün İsrailin birləşdirilmiş və vahid paytaxtı" olduğunu bildirərək Şərqi Qüdsün ilhaqını rəsmiləşdirib.

Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, bu qanunu etibarsız sayıb.

Beynəlxalq birlik, o cümlədən ABŞ, Şərqi Qüdsü rəsmən işğal edilmiş ərazi kimi tanıyıb. Bundan əlavə, dünyanın heç bir ölkəsi, (bu ilin əvvəlində Qüdsün qərb hissəsini İsrail paytaxtı tək qəbul edən) Rusiya istisna olmaqla, Qüdsün hər hansı bir hissəsini İsrailin paytaxtı kimi tanımayıb.

Hazırda bütün səfirliklər Tel Əviv şəhərindədir. Lakin ABŞ prezidenti Donald Trampın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanınması ilə Dövlət Departamentinin ABŞ səfirliyini Tel-Əvivdən bu şəhərə köçürməyə başlaması gözlənilir.

Şərqi Qüdsün qeyri-qanuni ilhaqı ilə İsrail beynəlxalq hüququn bir neçə prinsipini pozur və bu prinsiplərə əsasən, işğalçı qüvvənin şəhərdə heç bir suverenliyi yoxdur.

 

Qüdsdəki fələstinlilər

 

İsrailin Şərqi Qüdsün de-fakto ilhaq etməsinə baxmayaraq, orada yaşayan fələstinlilər İsrail vətəndaşlığı verilməyib.

Bu gün Şərqi Qüdsdə təxminən 420 min fələstinlinin "daimi yaşayış" şəxsiyyət vəsiqəsi var. Onlar milli identifikasiya nömrəsi olmadan müvəqqəti İordaniya pasportları alıb. Yəni fələstinlilər İordaniya vətəndaşları deyil, onlar İordaniyada işləmək üçün iş icazəsinə ehtiyac duyurlar, hökumət xidmətləri və təhsil haqlarının azaldılması kimi imtiyaz əldə edə bilmirlər.

Fələstinli qüdslülər əslində, vətəndaşlığı olmayan, hüquqi cəhətdən sıxışdırılmış kütlədir – onlar İsrail, yaxud İordaniya və ya Fələstin vətəndaşları deyil.

İsrail Şərqi Qüdsdəki fələstinlilərə, dövlət tərəfindən mərhəmət payı kimi, burada yaşayan xarici mühacirlər kimi davranır. Onlar iqamət vəziyyətini qorumaq və davamlı yaşayış yerini itirmə qorxusu ilə, müəyyən tələbləri yerinə yetirməlidirlər.

Müəyyən müddət xaricdə, yaxud Qərbi Şəriyyədə, yəni Qüdsün sərhədləri xaricində yaşayan hər hansı bir fələstinli bu şəhərdə yaşama hüququnu itirmək riski altındadır.

İqamət yerinin Qüdsdə olduğunu və orada yaşadıqlarını sübut edə bilməyənlər, doğma şəhərlərində yaşamaq hüququnu itirirlər. Onlar icarə müqavilələri, əmək haqqı və s. daxil olmaqla, onlarla sənəd təqdim etməlidirlər. Başqa bir ölkədən vətəndaşlıq almaq da onların statusunun ləğvinə gətirib çıxarır.

Bu arada, dünyanın hər hansı bir yerində yaşayan istənilən yəhudi İsraildə yaşamaq və İsrailin “Qaytarılma Qanunu”na əsasən, İsrail vətəndaşlığı almaq hüququna malikdir.

İsrailli hüquq müdafiə qrupu “B'Tselem”ə görə, 1967-ci ildən etibarən İsrail 14 min fələstinlinin statusunu ləğv edib.

 

Yaşayış məskənləri

 

Şərqi Qüdsdə İsrailin şəhər üzərində nəzarətini gücləndirməyi hədəfləyən yəhudi qəsəbələri layihəsi də beynəlxalq hüquq çərçivəsində qanunsuz sayılır.

Birləşmiş Millətlər Təşkilatı bir neçə qətnamədə təsdiq edib ki, məskunlaşma layihəsi Cenevrə Konvensiyasına birbaşa ziddir və işğalçı ölkəni öz əhalisini işğal etdiyi ərazilərə köçürməsini qadağan edir.

BMT qadağasının bir neçə səbəbi var: işğalın müvəqqəti olduğunu təmin etmək və işğalçı dövlətin hərbi rejimlə uzunmüddətli bir varlıq yaratmasının qarşısını almaq; vətəndaşları resursların oğurlanmasından çəkindirmək; aparteidin qarşısını almaq və ərazinin demoqrafik tərkibində dəyişikliklər etmədən çəkindirmək.

1967-ci ildən etibarən, İsrail Şərqi Qüdsdəki Fələstin məhəlləsində yəhudi israillilər üçün bir çox mənzil kompleksi inşa edib.

Şərq Qüdsdə təxminən 200 min İsrail vətəndaşı var və onlar polis mühafizəsi altında yaşayır, ən böyük kompleksdə isə 44 min israilli cəmləşib.

Tez-tez fələstinlilərin evləri arasında tikilən yəhudi yaşayış yerləri fələstinlilərin hərəkət azadlığı, gizlilik və təhlükəsizliyini pozur.

İsrail, Yerusəlimin bölünməz şəhər olduğunu iddia etsə də, orada yaşayanların reallıqları fərqlidir.

Fələstinlilər ayrı-seçkilik şərtləri altında yaşayarkən, israillilər öz dövlətləri tərəfindən təmin edilmiş normallara malikdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam