Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMERİKANIN HAKİM ROLUNDAN İMTİNASI –Tramp, bəlkə elə həqiqəti deyib?

 

tramppp quds

Yenixeber.org: Nəyə görə ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması nəinki ərəb-müsəlman dünyasında, eləcə də Avropada bu qədər emosiya yaradıb? Ümumiyyətlə, Knessetin və İsrail baş nazirinin Qüdsdə yerləşməsindən artıq 70 il keçir. 3000 il bundan əvvəl çar Süleymanın dövründə Qüds yəhudi dövlətinin paytaxtı idi və o orada böyük məbəd tikdirmişdi. İndi onun yerində yalnız məşhur “Ağlama Divarı” qalıb. Belə olan halda Donald Tramp bəlkə sadəcə həqiqəti etiraf edib? Məhz Tramp da bunu iddia edir.

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi iki ciddi problem yaradır.

Birincisi – bu ABŞ-ın özünün də imzaladığı BMT-nin bütün sənədlərinə ziddir. 1947-ci ildə (Britaniya mandatı başa çatdıqdan sonra) Fələstinin bölünməsi planında yəhudi və ərəb dövlətinin yaradılması ilə yanaşı, üç monoteistik dinin – iudaizmin, xristianlığın və islamın müqəddəs şəhəri kimi Qüdsün beynəlxlaq statusu da nəzərdə tutulurdu. Fələstin ərazisinin 58%-i yəhudilərin, 42%-i isə ərəblərin olmalıydı. Amma həmin plan həyata keçmədi. Sonuncu ingilis əsgəri 1948-ci ilin mayında bu torpaqlardan çıxan kimi, Devid Ben Qurion müstəqillik elan etdi.

Ərəb dövlətləri (Misir, Livan, Suriya, İordaniya, İraq) yeni yaradılmış yəhudi dövlətinə hücum etdilər. Ərəb dövlətləri müharibəni uduzduqdan sonra, İsrail öz ərazisini Fələstin torpaqları hesabına 78%-dək genişləndirdi, yerdə qalan 22% isə, İordaniya ordusunun nəzarətində qaldı. 1967-ci ildə “Altıgünlük müharibə”də qələbə qazanan İsrail Şərqi Qüdsü (“Ağlama Divarı” ilə birlikdə), İordan çayının qərb sahilini, Qəzza sektorunu, Sinay yarımadasını və Suriyanın Colan təpələrini ələ keçirdi. BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi İsrailin işğal olunmuş torpaqlardan çıxmasını tələb edirdi. Beləliklə, “yaşıl zona” (1949-cu ilin fevralından atəşkəs xətti) dünya ictimaiyyəti tərəfindən İsrailin dövlət sərhədi kimi tanındı. Lakin bu qətnamə heç zaman yerinə yetirilmədi. Kemp-Devid sülh sazişinə əsasən (1978-ci ilin sentyabrı) İsrail Sinay yarımadasını Misirə qaytardı. 1994-cü il İsrail ilə imzalanan sülh müqaviləsində İordaniya qərb sahilə olan bütün iddialarından əl götürdü. Hansıki, İordaniyanın imtina etdiyi torpaqlar İsak Rabin və Yasər Ərəfat arasında 1993-cü ilin sentyabrında bağlanmış sazışin şərtlərinə görə, gələcək Fələstin dövlətinin əraziləri olmalıydı. Həmin müqavilənin şərtləri Ağ Evin qarşısındakı çəmənlikdə imzalanmamışdan öncə, Osloda gizli şəkildə müzakirə edilmişdi. Ancaq Oslo razılaşması “Həmas”ın hücumları və “Likud” partiyasının bunu istəməməsi üzündən pozuldu. Bax, buna görə də, indiyədək Yaxın Şərqdə sülh yoxdur.

Qüdsün yekun statusu BMT-nin müdafiəsi altında Ərəb-İsrail sülh danışıqlarının elementlərindən biri olmalıdır. Özünün qərarı ilə Tramp ABŞ-ın elə ilk başdan dəstək verdiyi danışıqlara zərbə vurdu.

İkinci problem ondan ibarətdir ki, öz qərarı ilə Tramp Amerikanı Ərəb-İsrail münaqişəsində vasitəçi və ya hakim rolu oynamaqdan məhrum etdi. İndiyədək İsrailin təminatçısı kimi, 1948-ci ildən ABŞ həmişə mövqeyini taraz saxlamağa çalışıb ki, bu da onun real “ədalətli vasitəçi” olmasına imkan verirdi. 1956-cı ilin noyabrında məhz Vaşinqton İsrailin müttəfiqləri ingilis və fransızları Camal Naserə qarşı aparılan Süveyş müharibəsinə son qoymağa məcbur etmişdi. 1973-cü ildə Kissincer əhatəyə alınmış üçüncü Misir ordusunun mühasirəsinin zəiflədilməsinə israillilərə inandıra bilmişdi. 1991-ci ilin oktyabrında prezident Corc Buş Madrid sülh konfransının keçirlliməsini təşkil etmişdi. İsrail tərəfinin qəzəbli müqavimətinə baxmayaraq, konfransa Fələstin nümayəndə heyəti də dəvət olunmuşdu.

Bütün geosiyasətçilər Qüdslə bağlı hansı qərarın çıxarılmasının daha məntiqli olacağını bilirlər. Onun qərb hissəsi İsrail dövlətin paytaxtı kimi qalmalıdır, Qüdsün ərəb məhəlləsi isə, əl-Qüds adı ilə Fələstinin gələcək paytaxtı ola bilər. ”Ağlama Divarı”, əlbəttə, İsraildə qalmalıdır. Digər tərəfdən isə, iki müqəddəs məscidin Fələstin ərazisində qalması tamamilə normaldır.

Nə vaxt ki, İsrail-Fələstin ərazi problemi siyasi idi, o həll ediməsi mümkün kimi görünürdü. Lakin indi hər iki tərəfdən daha çox adam bunun içərisinə dini qarışdırırsa, onda münaqişənin həlli demək olar ki, qeyri-real görünür. Daha bir pis xəbər: Amerika artıq bitmək bilməyən bu münaqişədə hakim rolunda çıxış etmir.

(“Le Figaro”-Fransa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam