Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA-nın “ailə podratı” ilə idarə edilən Memarlıq və İncəsənət İnstitutu

 

AMEA-nın “ailə podratı” ilə idarə edilən Memarlıq və İncəsənət İnstitutu

 

Direktor Ərtegin Salamzadənin burada özünə məxsus olan iş metodu 

Yenixeber.org:   Artıq 30 ilə yaxın bir dövr ərzində iş stajına malik olduğum AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda (Mİİ) lap çoxdandır ki, heç kim heç kimin qarşısında hesabat vermir. “Perestroyka” və “şəffaflıq” dalğasında gələrək müstəqilliyimizə qarşı çıxanlar və mərkəzi hökumətin necəsə, qayıdıb gələ biləcəyindən qorxanlardan olan institutumuzun o dövrki direktoru Kərim Kərimov, hətta deyirdi ki, - “baxın haaa, mühasib aylıq atçotunu edib, kimə maraqlıdırsa, AEA Mİİ-nin maliyyə hesabatı ilə nə vaxt istəsə gəlib tanış ola bilər”. 

İndi isə, AMEA Mİİ-nin hansı finans sektorunda maliyyə-təsərrüfat fəaliyyəti aparılırsa, nə kiçik böyüyə hesabat verir, nə böyük kiçiyə, nə Həmkarlar təşkilatı üzvlərinə hesabat verilir, nə mühasib direktora hesabat verir. Çünki direktor olub “zavxoz”, alış-verişini də özü edir və heç kəsin hesabatına ehtiyacı da yoxdur. AMEA Mİİ tam əsaslı təmirdən çıxdı və birinin yerinə üçü alındı və üçü də heçə çıxdı. Bu qədər mal-material alındısa da, ağa heç kəs qarşısında hesabat verilməsinə lüzum duymadı. 
Elmi fəaliyyətlə də bağlı yekun hesabatları edilmir və institutun heç olmasa ilsonu Ümumi yığıncağına da çıxarılmır və bu yığıncaq artıq çoxdandır ki, heç özü mövcud deyildir. Elmi ezamiyyələr və konfranslarda iştirak adı altında da kifayət qədər müəmmalı maliyyə durumu qabarır. Adi hala çevrilib ki, məhz, bu kimi ezamiyyələrə də il ərzində bir neçə dəfə olmaqla AMEA Mİİ-də yalnız direktorun özü, arvadı və komandasının üzvləri gedirlər. İnstitutda çalışdığım və öndə qeyd etdiyim dövr üzrə mən - aparıcı elmi işçi, dosent bircə dəfə də olsun heç bir istiqamətdə ezamiyətdə olmamışam. Təkcə 16.03.2017-ci il tarixində “Avey Məbədi”nin qəzalı texniki-inventar durumu ilə bağlı Qazaxa ezam olunmamı xahiş etdikdə də ərizəmin üzərinə “... icazə verilmir” - dərkənarı qoyuldu. Ağa-direktor özü, nəinki özü, arvadı və hələ arvadının oğullarını da AMEA Mİİ-nin vəsaitləri hesabına kef səfərləri olan “kababdirovka”larına da özü ilə götürməyi unutmur. Hər halda bunu inkar edə bilməz və yaxşı bilir ki, həmin an qarşısına sübutlar qoyulacaqdır. 
*** 
Ümumiyyətlə, direktorumun bir yaxşı cəhəti var ki, o, qalmaqallı heç bir şeyi mübahisələndirmir, sadəcə, məsələni sükutla yola verir. Lakin onu hər halda qəzəbləndirmək də olmaz. Məsələn, günlərin birində Kazan şəhərindəki konfransdan qayıdan AMEA Mİİ əməkdaşı S.P.Tağıyev ortalığa yeni bir tələb qoymaq üçün özünün konfrans səfərinə dair həm elmi fəaliyyəti və həm də maliyyə xərcləri barəsində “Ezamiyyənin hesabatinı” tərtib edərək ərizəsinə qoşub AMEA Mİİ elmi şurasında müzakirə edilməsi üçün problem qaldırdısa da, onsuz da S.P.Tağıyevi görməyə gözü olmayan direktor nəinki bütün dünyada qəbul edilmiş bu metodu qəbul etmədi, hətta dolandırıb-dolandırıb S.P.Tağıyevlə yeni əmək müqaviləsi bağlamayaraq sonda onu işdən qovdu. Əlbəttə ki, hansı mənbədən məsrəf edilməsinə baxmayaraq hansı kişi öz arvad-uşağı ilə getdiyi səyahət səfərlərinin hesabatını gəlib S.P.Tağıyev kimilərlə bölüşər ki, orada kimsə hələ bir ağlına gələn suallar da versin?!
Mən deyərdim ki, S.P.Tağıyevin baxtı işdən çıxarılmaqla bəxti gətirdi və canı qurtardı, amma yenə də elə Kazan şəhərindəki Beynəlxalq Konfransda iştirak üçün öz müavini İ.A.Hacıyev üçün oradakı xırda çax-çux məqsədi ilə özü aldığı əlavə dayanacaqlı aviabiletin başqa bir kassada birbaşa biletə dəyişdiyinə və bununla da daimi müştərisi olduğu aviakassasının məyus edildiyinə görə direktor öz müavinini belə, vəzifəsindən çıxarmışdı. 
*** 
Hesabata gəlincə isə, həm AMEA Rəyasət Heyəti rəsmilərinin, həm də AMEA Mİİ direktorunun nəzər-diqqətinə çatdırıram ki, dünya və Rusiya analogiyası üzrə hər bir kəs, getmiş olduğu “Xarici ölkə ezamiyyəsinin hesabatı”nı nəinki kimlərinsə qarşısında etməli və hətta kiçik broşür şəklində buraxmalı - səfəri zamanı əldə olunan bütün göstəricilər, yeniliklər və s. əks etdirilməklə, institutun müvafiq hesabat topluları kartatekasına təhvil verməlidir ki, lazım olduqda qaldırılsın.
Əslində, “hesabat” mövzusu bu məqalənin biləvasitə qayəsi olmayaraq, o tamam başqa məqsədləri qarşısında qəsd edir və məqsəd akademik elmdə elmi nailiyyətlərin stimullaşdırılmasıdır. Bu da məntiqidir ki, bu və ya digər məsələ ilə bağlı stimullaşdırma varsa, deməli, orada həm sağlam mühit var və həm də maliyyələşmədən doğan təhrik, tələb və hesabat məhfumu. 
Neçə vaxtdır ki, çalışdığım Şəhərsalma şöbəsinin təsis edilməsi və mənim də buraya keçid almamdan daha öncə institutda yeni fundamental bir mövzu - “Azərbaycan şəhərlərinin şəhərsalma antologiyası” - “AŞŞA Layihəsi” üzərində çalışmaq əzmimi rəsmi və yazılı olaraq direktora bildirdim. Sonra bu şöbə təsis edildikdən dolayı, AMEA Rəyasət Heyəti qarşısında daha bəlağətli görünsün deyə, direktor mənim bu mövzumu bütün etirazlarıma baxmayaraq götürüb bütün şöbənin Plan işi kimi rəsmiləşdirdi. Lakin işin öhdəsindən gələ bilməyən şöbə bu mövzunun içində batıb qaldı. Mən də bu layihəni yenidən tək işləmək qərarına gəldim. Bir gün gecikmiş də olsa, Dövlət mükafatı almasını təbrik etmək və bu mövzunun işlənməsində AMEA-nın “Akademik H.Ə.Əliyev adına” Coğrafiya İnstitutunun mövcud elmi imkanlarından və rezervlərindən nə dərəcədə istifadə edə bilməm məqsədi ilə institutun direktoru hörmətli akademik Ramiz Məmmədovun qəbulunda oldum. O, fikir mübadiləsi əsnasında bildirdi ki, “Müəllim, mən təklif edirəm ki, bu mövzunu bizim institutun Elmi seminarında çıxış edəsiniz”.
Öz direktorumdan heç bir vaxt görə bilməyəcəyim çox səmimi münasibətə görə məmnun olaraq razı qaldım. 19 aprel 2017-ci il tarixində AMEA Cİ-nin Elmi seminarı deyil, hətta tərkibi genişləndirilmiş Elmi şurasında “Azərbaycan Respublikasının hökumət tabeçiliyində olan əlahiddə şəhərlərinin şəhərsalma antologiyası titullarında “Şəhərsalmanın Ağ Kitabı”” mövzusunda məruzə ilə çıxış etdim və mövzu ətrafında geniş müzakirə aparıldı (AMEA Cİ-nin 19 aprel 2017-ci il tarixli, 8 saylı iclas Protokolu).
Bütün bu işləri yetərincə nizamlayan AMEA Cİ Elmi katibi xanım Z.Ə.Həmidova iclas protokolundan Çıxarışı təqdim edərkən söz əsnasında məlum oldu ki, hər iş həftəsinin çərşənbə günü reqlamentdə qoyulmuş mövzu üzrə iclası keçirilən AMEA Cİ-nin Elmi seminarı ciddi məsələdir və institutun elmi rəhbərliyi hər bir əməkdaşın fərdi tədqiqat obyektinin xüsusi əhəmiyyət kəsb edən problemləri ilə bağlı il ərzində ən azı 2-3 dəfə bu seminarda çıxışına şərait yaradılır. Bu baş vermədikdə, hətta tələb edilir. Bu kimi tələb isə elm müəssisəsində elmi-tədqiqat dinamikasının çoxşaxəli, sağlam, şəffaf və yüksək saldosu deməkdir. 
Belə bir şəffaflıq vəziyyətində, bir tədqiqatın müddəalarının bir elmi müəssisənin elmi elitası tərəfindən il ərzində ən azı 2 dəfə dinlənilməsi və müzakirələrə məruz qoyulması bu elm müəssisəsində heç bir vaxt plagiat və kontrafaktın üzə çıxa bilməyəcəyindən xəbər verir. Rəhbərin amalı və əməli düzgündürsə, bu hal-sərəncamı altındakı işlərin də düzgün olması deməkdir. 
İnstitutun Elmi katibi ilə ünsiyyətim zamanı AMEA Cİ-də qurulmuş tələblər kanonları diqqətimi çəkməyə bilməzdi. Alim olan hər kəs il boyu onu düşündürməyə başlamış yeni tədqiqat obyekti və apardığı işlərin kompleksinə daxil olan və əldə etdiyi elmi yeniliklər barəsində 2 dəfə məruzə etməlidir. Bunu etməyənlər mütəmadi səmərəsizliyi ilə artıq müvafiq sıxıntı və hətta əsaslı təzyiqlərə məruz qalır. Elmdə məhsuldarlığı ilə seçilənlər isə, institut rəhbərliyi tərəfindən təqdir edilir və hər bir alimin məhsuldar çıxışı geniş alim heyyəti qarşısında təqdimat edilir və müzakirəyə qoyulur. Sonda bu elmi durum direktorun təqdiri ilə, tərəfindən ballarla qiymətləndirilir və alimin il boyu gördüyü işlərin nəticəsi toplanmış ballar yekunu ilə səciyyələndirilir. 
“Thomson Reuters” nəşrlərində dərc edilmiş bir məqaləyə görə institutun Elmi seminarındakı 2-3 uğurlu təqdimatına görə, Beynəlxalq Konfranslardakı uğurlu iştirakına görə, ola bilsin ki, elmi-metodik vəsaitlərin hazırlanmasına görə, elmi-nəzəri və elmi-praktik işləri ilə çəkdiyi diqqətə görə, monoqrafik nəşrlərə və s. görə alim bu gün AMEA Cİ-də tam şəffaf şəraitdə il sonuna özünün saldosundakı yığdığı ballarına görə akademik Ramiz Məmmədov tərəfindən pul mükafatı ilə mükafatlandırılır və elmi işçiyə onun yüksək və heç kəs tərəfindən də mübahisələndirilə bilməyəcək elmi yetərliliyinə görə bu kimi qonorar təxminən 500-1000 AZN məbləğində AMEA Cİ-nin layiqli hər aliminə təqdim edilir. Bütün AMEA institutlarının həqiqi alim heyətinin həsəd apara biləcəyi bir institut direktorunun işdə tətbiq etdiyi belə bir “Nou-Xao” şəraiti elmdə stimullaşdırmanın və əvəzində elmdar qarşısında da tələblər kompleksinin qoyulması təcrübəsi AMEA Cİ-də həqiqi tədqiqat və tədqiqatçı mühitinin yaradılması deməkdir. İlin sonuna institutların büdcəsində yığılıb qalmış vəsaitlərin bu kimi məsrəf edilməsi nə qədər gözəl və insani ənənədən xəbər verir və qoy çaışdığım AMEA Mİİ direktoru Ə.Ə.Salamzadə də, bu ənənəyə baxıb gözünə su versin. 
***
İlk-əvvəl, nə vaxtsa elm dühalarının çalışdığı və gözəl alim şəxsiyyətləri və incəsənət xadimləri ilə rəğbət bəslənilən institutumuz, indi direktorunun apardığı dağıdıcı kadr siyasətinin nəticəsi kimi bu gün AMEA Mİİ üzə çıxmalası olmayan bir cəhalət və cahillik girdabına çevrilmişdir. Kimin nə ilə məşğul olduğu tam gizli saxlanılan və digər institutlarda fəaliyyət göstərən Elmi seminarı timsalında bir elm məclisi olmayan və buna zərurət olmayan, nəinki plan işi tədqiqatlarının hətta dissertasiyaların tutumu barəsində heç kəsin xəbər tutmadığı və hər şeyin müəmmalı bağlı qazanlar işində bişdiyi bir şəraitdə aparılan işlər və onların müəllifləri, ancaq AMEA Mİİ direktorunun qarşısında təh-təl sayılır. Qərarları daim, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi olmuş hörmətli akademik Kamal Abdullayev tərəfindən düzgün olaraq qaba tərzdə ləğv edilən bu AMEA Mİİ direktorunun sədri olduğu, mimikası və jestikası ilə idarə edilən, işi ilə məhz biabırçı qərarlara imza atan bu biabırçı elmi şura isə marionet yığmadan sair bir şey deyildir. Kontingentinin elmdə təsadüfi insanlar çoxluğundan təşkil edilmiş, həqiqi elmdarları isə say-seçmə olan nə bu elm müəssisəsinə və nə də onun həyat yoldaşı ilə birlikdə öz kooperativi kimi cütlükdə idarə etdikləri direktoruna AMEA Cİ “Nou-Xao”su kanonları sərf edərmi? Axı, “8-ci mərtəbə təcrübəsi”nin tətbiq ediləcəyi bir şəraitdə qonorarlar verilməlidir. Burada isə, ilsonu qonorarlar verilmir. Yığılmış vəsaitlərin üzərinə ər-arvad cütlüyünün əli qoyularaq vəsaitlər müxtəlif paraqraflardan çıxdaş edilərək qarşıdakı tətildə “daha layiqincə” məsrəfləndirilmək üçün AMEA Mİİ direktorunun Bodrumdakı yeni malikanəsinə doğru aviasəmt alır... 

Elşad Ə.Hüseynov, 
AMEA Mİİ-nin aparıcı elmi işçisi, dosent


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam