Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakıda evakuatorla maşın oğurluğu -DYP rəhbərinin tapşırığı, yoxsa inspektor özbaşınalığı?

 

Yenixeber.org:  İki gün öncə əməkdaşımızın Babək prospektində üzləşdiyi bu xoşagəlməz hadisə olmasaydı, bəlkə də mövzunu bu qədər araşdırmayacaqdıq. Necə deyərlər, başına gələn, başmaqçı olar...

Deməli, Modern.az-ın əməkdaşı şəxsi avtomobilini Babək prospektinin mərkəz tərəfdən girəcəyindəki körpünün altında yerləşən dayanacaqda  saxlayır. Və maşını özünü dayanacağın əməkdaşı kimi təqdim edən şəxsə təhvil verib, işinin arxasınca yollanır.


Amma hər ehtimala qarşı, getməzdən əvvəl körpünün altında dayanan evuakator xidmətinin sürücülərinə yaxınlaşıb, həmin yerdə avtomobil saxlamaq üçün icazənin  olub-olmadığını onlardan da soruşur. Onlar da dayanacaq əməkdaşı kimi problem olmadığını deyirlər.

Lakin əməkdaşımız bir müddət sonra geri qayıdanda avtomobilini yerində görmür. Özünü dayanacaq işçisi kimi təqdim edən bayaqkı şəxsə yaxınlaşır və ondan belə cavab alır ki, “evuakator xidmətinin əməkdaşları kimi tanıyırlarsa, onun maşınını aparmırlar, kimi tanımırlar, əksini edirlər”. Halbuki, elə o xidmətin əməkdaşları özləri də öncədən bildirmişdilər ki, “narahat olmayın, maşınınızı aparan olmayacaq”.


Maraqlıdır, belə olan halda sürücü nə etməlidir? Günün günorta çağı əlində zolaqlı çubuq, özünü dayanacaq gözətçisi kimi göstərən birinə avtomobili etibar edirsən və qayıdanda maşını tapa bilmirsənsə, hansı addımı atmalısan?

Əgər körpünün altındakı dayanacaq qanunsuz idisə, ümumiyyətlə orada avtomobil saxlamağa və gözətçi qoymağa niyə göz yumurlar? Yox, əgər icazəli dayanacaqdırsa, onda evakuator xidmətinin maşınlara qoyduğu bu ayrı-seçkilik nə deməkdir? 

Birincisi, ondan başlayaq ki, qanun keşikçisi - polis əməkdaşı vətəndaş müraciət etdikdə ona hər şeyi qanuni şəkildə izah etməlidir. Ancaq təəsüflər olsun ki, bizdə çox vaxt bunun əksini görürük. Elə yuxarıda bəhs etdiyimiz “evakuator xidməti” əməkdaşlarının timsalında bunun şahidi olduq. Əgər onlar əvvəlcədən əməkdaşımız soruşanda “orada maşın saxlamaq olmaz” desəydilər, yəqin ki, qanqaraldıcı olay da yaşanmazdı.
 

Digər tərəfdən, indi hər bir rayon İcra Hakimiyyəti maşınların dayanması qadağan olunan yerlərdə parkomat aparatları quraşdırıb. Həmin yerləri dayanacaq bilib, maşın saxlamayan sürücülər parkomatlara pul ödəyir və az müddətdən sonra gəlib görür ki, nə avtomobil var, nə də xüsusi geyimli “dayanacaq gözətçisi”.


Məsələnin digər maraqlı tərəfi də ondadır ki, həmin dayanacaqlarda olan gözətçilərin tanıdıqları şəxslərin avtomobilləri orada qalır, amma tanımadıqları olanda yox. 
Daha sonra məlum olur ki, avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Avtomobilləri cərimə meydançasına aparan evakuatorda heç Yol Polisinin inspektoru da olmur. Bu isə birbaşa avtomobil oğurluğudur desək, daha doğru səslənər.


Qanunla dayanma-durma qaydasını pozmuş sürücü əgər hadisə yerində yoxdursa, avtomobili cərimə meydançasına aparmazdan əvvəl İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə uyğun protokol tərtib edilməlidir. Avtomobilin şəkli də çəkilməlidir.

Hələ bu harasıdır. Avtomobilin DYP-nin cərimə meydançasına aparıldısa, 41 manat ödəməlisən, 21 manat yerində, 20 manat isə sonra.

Yerində ödədiyin 21 manat protokolda qeyd edilmir. Görünür bu məbləğ kimlərinsə birbaşa ciblərinə gedir.


Eynən Cavanşır körpüsünün altında yerləşən DYP-nin cərimə meydançasının polis mayoru Vüsal Fərhad oğlu Hacıyevin əməkdaşımıza dediyi kimi. O, əməkdaşımıza bildirib ki, 21 manat yerində ödənilməlidir. 20 manat isə nə vaxt əlinizə düşsə, o vaxt ödəyin. İkinci 20 manat birbaşa dövlət büdcəsinə daxil olur. Görünür, hörmətli Vüsal Hacıyev bu məsələdə o qədər də maraqlı deyil. Amma protokolda qeyd edilməyən 21 manat üçün maraqlıdır ki, dərhal ödənilsin.

Maraqlı həm də bilrisiniz nədir, dayanacağa aparılan hər bir avtomobilin sürücüsündən 1 saata görə 1 manat pul istənilməsi... Doğrudanmı cərimə meydançasında dayanmanın 1 saatlıq qiyməti 1 manatdır? Bəs bu 1 manatlar hara gedir? Axı həmin cərimə meydançasının infrastrukturu dövlət tərəfindən təmin olunur.


Onu da qeyd edək ki, hər bir avtomobili cərimə meydançasına gətirən evakuator xidməti üçün maşın sahibindən yerindəcə 20 manat ödəniş tələb edilir. Amma protokol tərtib edildikdən sonra deyirlər ki, cəriməni imkan olanda ödəyərsən. Nəyə görə vətəndaş evakuatorun pulunu dərhal, cəriməni isə sonra ödəməlidir?

Xətai rayonunda yerləşən Cavanşir körpüsünün altındakı cərimə meydançasında işləyən polis mayoru Vüsal Fərhad oğlu Hacıyev konkret olaraq tabeliyindəki əməkdaşları bu istiqamətdə yönləndirir.


Bütün bünları Modern.az əməkdaşının hadisə yerində baş verənləri müşahidəsi əsasında qeyd etdik. 
 

Məsələ ilə bağlı hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bizimlə söhbətdə deyib ki, belə faktların çox ciddi araşdırılmasına ehtiyac var:

“Heç bir evakuator sürücüsünün Dövlət Yol Polisinin inspektorunun iştirakı olmadan vətəndaşın avtomobilini cərimə meydançasına aparmasına ixtiyarı yoxdur. Bu qeyri-qanuni hərəkətdir. Avtomobilin evakuator vasitəsilə cərimə meydançasına aparılması üçün dövlət yol polisinin inspektoru qərar verməlidir. Həmçinin, qərar vermək nəyisə kağızda yazıb evakuator sürücüsünə  təqdim etmək deyil. Avtomobilin cərimə meydançasına aparılması üçün polis əməkdaşı elektron protokol tərtib etməli, bir də evakuator sürücüsünə tapşırıq verməlidir. Yəni, Dövlət Yol Polisinin inspektoru avtomobilin cərimə meydançasına aparılmasında özü də iştirak etməlidir. Polisin iştirakı olmadan heç kim avtomobili cərimə meydançasına apara bilməz”. 


İnanırıq ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisnin rəhbərliyi yazdıqlarımızı araşdıracaq. Bu özbaşınalıqdır, yoxsa yuxarıdan verilən tapşırıq? Əgər ikincidirsə, onda bu biabırçılıq haqda deməyə əlavə söz tapmırıq. Yox, özbaşınalıqdırsa...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam