Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Körfəz münaqişəsi:Kremlin neytrallığı arxasında duran səbəblər

 

Körfəz Əməkdaşlıq Şurasında (KƏŞ) cari böhran rəsmi Riyad və beş digər monarxiya arasında əlaqələrin təbiətindən irəli gəlir və onun sırf regional ölçüləri var. Buna görə də, Rusiya hesab edir ki, KƏŞ daxilindəki münaqişəyə müdaxilə çox “ədəbsiz” olardı.

Yenixeber.org:  Hansısa rəsmi tərəfkeşlik Rusiyanın enerji maraqlarını təhlükəyə ata biləcəyindən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 5-də elan etdi: "Bu ölkələrin ikitərəfli münasibətlərinə aiddir, biz bu qərarlara qarışmırıq".

Amma Rusiyanın rəsmi neytrallığına baxmayaraq, əsas enerji tərəfdaşı – Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri qorumaq lazım olsa da, Moskvada həqiqətən Qətərə böyük rəğbət var. Bundan başqa, hazırkı böhran Kremlə Birləşmiş Ştatlar kimi mühüm müttəfiqə yaxınlaşmaq, Türkiyə və İranla tərəfdaşlığı möhkəmləndirmək üçün şans verdi.

 

Rusiya niyə rəsmən tərəf ola bilməz?

 

Rusiya və Qətər arasında münasibətlər son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Xarici investisiya kəsiri yaşandığı bir zamanda, rəsmi Doha Rusiya iqtisadiyyatına fəal şəkildə sərmayə yönəltməyə başladı. Məsələn, qətərli investorlar Sankt-Peterburqda Rusiyaya məxsus “VTB Bank” və Pulkovo hava limanında böyük səhm payları alıb. Ötən ilin sonunda “Rosneft” səhmlərinin 19,5 faizi özəlləşdirilib. Alıcılar İsveçrənin “Glencore” ticarət şirkəti və “Qətər Investment Authority” idi.

Bu, Maliyyə Nazirliyinin Ehtiyat Fonduna daxil olmasının qarşısını aldı və büdcəyə 700 mlrd. rubl (12 milyard $) əlavə etdi.

Bundan əlavə, Qətər, Rusiya və İran ən böyük təbii qaz ehtiyatları olan ölkələrdir. Qətər, İranla dünyanın ən böyük “Cənubi Pars” / “Şimal Qübbəsi” qaz yatağını bölüşür. 2008-ci ildə təsis edilən Qaz İxrac edən Ölkələrin Forumunun qərargahı Dohada yerləşir. Təəccüblü deyil ki, Qətər, İran və Rusiya (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın fəal əleyhdarı olduğu) "Qaz OPEK"-nin yaradılması üçün lobbiçilik edir.

Səudiyyə Ərəbistanı ən azı neft hasilatının həcmi haqqında sazişin qüvvədə saxlanılması sahəsində Moskva üçün eyni dərəcədə vacib enerji tərəfdaşıdır. Vyanada OPEC-in may sammiti ərəfəsində Rusiya və Səudiyyə Ərəbistanının enerji nazirləri Aleksandr Novak və Xalid əl-Falih neft bazarının sabitləşdirilməsi və 2018-ci ilin martına qədər neft hasilatını məhdudlaşdıran, əvvəllər əldə edilmiş razılaşmaları uzatmaq barədə ümumi rəyə gəliblər.

Rusiya-Səudiyyə təşəbbüsü kartelin qalan üzvləri tərəfindən dəstəklənib. Kreml üçün bu müqavilələr, Rusiya büdcəsinin neft qiymətləri asılılığı baxımından, çox vacib və Səudiyyə Ərəbistanı ilə uzun və çətin danışıqların nəticəsidir.

Lakin OPEK çərçivəsində əldə edilmiş razılaşmalar məcburi deyil və centlmen razılaşması xarakteri daşıyır. Buna görə də, Səudiyyə Ərəbistanının OPEK-də aparıcı rolunu nəzərə alaraq, Moskva Riyad ilə sıx tərəfdaşlığın saxlanılması son dərəcə əhəmiyyətlidir. Bu, neftin qiymətindən çox asılı olan Rusiya büdcəsinin kəsiri ilə bağlıdır.

 

Kremlin mənəvi dəstəyi

 

Rusiyanın münaqişənin ilk günündən neytral mövqe tutmasına baxmayaraq, o, hələ də Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə yox, daha çox Qətərə rəğbət bəsləyir. Ötən günlərdə Moskva və Doha bütün səviyyələrdə yaxın dialoq həyata keçirib.

İyunun 5-də Rusiyanın xarici işlər nazirinin müavini və prezidentin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Qətərin Moskvadakı səfiri Fəhəd Əl-Attiyanı qəbul edib. Növbəti gün Vladimir Putin və Qətər əmiri Şeyx Tamim bin Hamad Əl-Tani arasında telefon danışığında Rusiya prezidenti münaqişənin siyasi həllinin vacibliyini vurğulayıb.

Bundan sonra kənd təsərrüfatı naziri Cambulat Xatuov Moskvanın Qətərə qida təminatına başlamağa hazır olduğunu bildirib. Nəhayət, iyunun 10-da Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Sergey Lavrov ilə görüş üçün Moskvaya gəlib.

KƏŞ böhranı ilə bağlı Rusiya və Qətər arasında fəal dialoq Moskva ilə münaqişənin qarşı tərəfi – Səudiyyə Ərəbistanı və BƏƏ arasında mövcud deyil. Bunun üç səbəbi var.

Birincisi, Qətər Rusiyanın KİV məkanında media döyüşü uddu. Rusiyanın dövlət mediası münaqişəni neytral mövqedən təqdim etsə də, bir çox Rusiya siyasətçiləri və ekspertləri hələ də Qətərə rəğbət ifadə edir. Bu, əsasən Rusiya hakimiyyət orqanları ilə daimi dialoqun saxlanılması məqsədində çox fəal olan Qətərin mövqeyi ilə bağlıdır.

İkincisi, Səudiyyə Ərəbistanı ilə müqayisədə Qətər Rusiya rəhbərliyi üçün rahat tərəfdaşdır. Dohanın, məsələn, İrana münasibətdə çox praqmatik mövqeyi Riyadın təcrid siyasətinə nisbətən Moskvaya çox yaxındır. Rusiya, Qətər kimi, milli maraqların ideoloji münasibətlərdən asılılığını azaltmaq üçün xarici siyasətdə utilitarizmə çalışır.

Nəhayət, mövcud vəziyyətdə Moskva və ABŞ arasında geosiyasi rəqabət elementləri var. Vaşinqton səudiyyəpərəst mövqe tutduğu zaman, Moskva Qətərə yaxınlaşmada fürsəti istifadə etmək qərarına gəlib. Bundan əlavə, Dohaya dəstək ifadə edən ölkələr arasında Moskva ilə tərəfdaşlığı davam etdirən Türkiyə və İran var.

Lakin bütün bunlar yalnız Moskvanın Qətərə dolayı dəstəyinin təzahürüdür və ondan bundan artığını gözləməyə dəyməz. Son vaxtlar Moskva və Körfəz ölkələri arasında münasibətlər xeyli inkişaf edib və münaqişənin hərbi qarşıdurmaya çevrilməsi buna zərər verə bilər. Ancaq bu günə qədər bu ssenari olduqca inanılmaz görünür.

 

“Al-Jazeera”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam