Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sergey Lavrov:Azərbaycan və Ermənistanla bağlı heç bir şübhəmiz yoxdur

Sergey Lavrov:

 

"Rusiya qonşu və dostlarının Qərbdə, Şərqdə, Şimalda və Cənubda öz tərəfdaşları ilə yaxşı əlaqələr qurmaq istədiklərinə heç vaxt şübhə etməyib"

 

Yenixeber.org: Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Belarusun STV telekanalına müsahibəsində deyib.

"Rusiyanın Avropa İttifaqı ilə, təəssüf ki, bizim günahımıza görə dondurulmayan tərəfdaşlıq sazişi var. Aİ-yə daxil olan bəzi ölkələrin "Şərq tərəfdaşlığı"ndan anti-Rusiya məqsədləri üçün istifadə etmək istədiyini görürük. Onlar çox deyillər, lakin özlərini kifayət qədər aqressiv aparırlar".

Rusiyalı nazir "Şərq tərəfdaşlığı"nda iştirak edən Azərbaycanla bağlı da fikir bildirib: "Belarus, Ermənistan və Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur. Əlbəttə ki, ukraynalı, moldovalı və gürcüstanlı həmkarlarımızın necə davrandığını görürük".

"MDB-yə üzv olan ölkələrlə hər hansı bir təmasda Rusiyaya qarşı mübarizə aparmaq səmərəsiz və faydasızdır", - deyə Lavrov əlavə edib.

Nazir əminliklə bildirib ki, "Şərq tərəfdaşlığı"nın Rusiyaya qarşı yönləndirilməsi mümkün olmayacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam