Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Trampın başı üzərində "qara buludlar" -Prezident korrupsiyada ittiham olundu

 

Kolumbiya federal dairəsinin və Merilend ştatının prokurorları prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldıracaq.

 

Yenixeber.org:  Xarici KİV-ə istinadən xəbərə görə, məhkəmə iddiası Trampın antikorrupsiya ilə bağlı Konstitusiya müddəalarını pozması ilə bağlı qaldırılacaq.

 

Kolumbiya dairəsinin prokuroru Karl Rasin və Merilend ştatının prokuroru Brayan Froş Trampın prezident seçildikdən sonra xarici hökumətlərdən milyonlarla dollar yardım aldığını iddia ediblər.

 

Prokurorlar dövlət qurumları adından prezidentə qarşı iddia qaldıracaqlarını və bunun ABŞ tarixində bir ilk olacağını deyiblər.

“Biz iddianı ona görə qaldırırırq ki, prezident öz biznes maraqlarından kənarlaşmaq üçün lazımi addımlar atmayıb”.

 

Hər iki prokurorun Demokratlar Partiyasının nümayəndəs olduğu bildirilir.

 

Əgər federal hakim işi icraata götürsə, ilk olaraq Trampın maliyyə bəyannaməsinin nüsxəsi ondan tələb olunacaq. Ekspertlər məsələnin Ali Məhkəməyə qədər çıxacağını və Trampı təcrübəli vəkillərin qoruyacağını proqnozlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam