Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Xərcləmələrin genişlənməsi real sektorunun inkişafı baxımdan vacibir" -Manat bazası niyə genişlənmir?

 

Azərbaycanda manat bazasının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 11.4 faizdir. Bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq 6.8 milyard manata düşüb.

 

Yenixeber.org:  Bunu iqtisadçı Vüqar Bayramov deyib.

 

 

Onun sözlərinə görə, Dünya Bankının məlumatına görə, pul bazasının ÜDM-də payı 89.9 faiz, Mərkəzi Avropa və Baltik ölkələrində 63.3 faiz, Türkiyədə 63.1 faiz, Gürcüstanda 42.1 faizdir. Böyük Britaniyada isə pul bazası ÜDM-dən 1.3 dəfə çoxdur: "Rusiyada bu göstərici 42,5 faiz, Qazaxıstanda isə 42.1 faizdir. Göründüyü kimi, pul bazasının ÜDM-də payı Azərbaycanda digər ölkələrlə müqayisədə xeyli kiçikdir. Bunun əsas səbəbi isə, 2014-2015-ci illərdəki intervensiya və 2016-ci ildən başlanan manat sterilizasiyasıdır.

 

Pul bazasının məhdudlaşdırılması manatın məzənnəsini və eləcə də inflyasiya səviyyəsini tənzimləməyə imkan versə də real sektorda xərcləmələri məhdudlaşdırır. Müasir anti-böhran nəzəriyyələrinin əsas fəlsəfəsi xərcləmələrin təşviq edilməsidir. Xərcləmələrin genişlənməsi real sektorunun inkişafı baxımdan vacibir. İstehlakçı pul xərcləməlidir ki, biznes inkişaf etsin”.

 

 

Vüqar Bayramov qeyd edib ki, pul bazasının kiçilməsi manat qıtlığı yaradır ki, bu da birbaşa istehlakçıları xərcləməyə deyil, imkan daxilində yığıma təşviq edir: "Banklarda nağdlaşdırma ilə bağlı limitləri və qadağaları da bura əlavə etsək o zaman manat bazasının real sərhədlərini təsvir etmək çətin olmaz. Təəssüf ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir ki, bu da real sektorun əsas çətinliklərindən birinə çevrilib. Bu baxımdan, pul bazasının məhdudlaşdırılması siyasətinin bazanın optimallaşdırılması siyasəti ilə əvəz olunmasına ehtiyac var”.

 

 

İqtisadçı vurğulayıb ki, manat qıtlığı nəinki uzun, hətta orta müddətli dövr üçün iqtisadi baxımdan arzuolunan deyil: "Real sektorun və eləcə də qeyri-neft sektorunun inkişafı birbaşa pul bazasının optimallaşdırılması səviyyəsi ilə bağlı olduğundan manat bazasının genişləndirilməsinə ehtiyac var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam