Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

ÜFUNƏT QOXUYAN "ZİYALILAR"

                                      ÜFUNƏT QOXUYAN "ZİYALILAR"

 

    Yenixeber.org:  Bu gün ölkə mətbuatını,saytları, sosial şəbəkələri zəbt edən bir neçə mövzu var. Ölkə əhalisinin əli "qələm" tutanlarının hər biri bu mövzuları müzakirə edir.Təkliflərini,iradlarını bildirənlər o qədər çoxdu ki, saymaqla, deməklə bitən,tükənən deyil. Bu məsələləri qaldıranlar, dövrüyəyə buraxanlar bəlkə də bilərəkdən sadə xalqın- düzü düz, əyrini əyri görənlərin, haqqa haqq deyənlərin, ədaləti ədalətsizlikdən ayranların əsəblərini yoxlayır, onu tarıma çəkir, qıcıqlandırır. Axı kimdir bunlar? Məqsədləri,məramları nədir, niyə bu xalqa qənim kəsiliblər? Kimin dostu, kimin düşmənidirlər? Vallah-billah, ha düçünürəm, ha daşınıram, götür- qoy edirəm bir şey anlaya, dəqiqləşdirə bilmirəm.

    Özünü xalqın gözündə hər şeyi bilən, anlayan kimi göstərən, uzun illər Milli məclisdə oturub özü, qohumları, yeddi arxadönənləri üçün böyük karyera quran, var-dövlət toplayan, xalqdan çox özünü və ətrafını düşünən, sadə xalqın seçmədiyi, adının önünə Millət vəkili titulu yazılan kimlərəsə məddahlıq edən, yarınan birisi məsələ qaldırır ki, bəs deməzsənmi bizdə insanlar sapsağlam və gümrahdırlar, uzunömürlüdürlər. Bunu nəzərə alıb, gəlin pensiya yaşını 65-ə qaldıraq. Mən elə hesab edirəm ki, xalq bundan məmnun olacaq, bizə sağ ol deyəcək.  

  Əzəldən görmüşük ki, oğrunun çevrəsində oğru, yalançının çevrəsində yalançı...,ziyalının da çeveəsində ziyalı olur. Hadı müəllimin özü ziyalı olduğuna görə ətrafındakılar da ziyalılardır. Ona görə də hamsı eyni düşüncəyə, eyni fikirə malikdirlər. Hadı müəllimin dediklərini onlar, onların dediklərini də Hadı müəllim quran ayəsi kimi təsdiqləyirlər. Bax, beləcə yerlərini möhkəmləndirib yuxarıların yanında " millətini. dövlətini sevən" imicini qazanırlar. Amma sadə xalq kimin kim olduğunu yaxşı bilir. Ona özünü hansısa formada tanıtmaq lazım deyil.

  Hadı müəllim deyir, müəllimlər, həkimlər bizə müraciət edir, narazılıqlarını, etirazlarını bildirirlər ki, bu nədir bizi enerjili vaxtımızda (vallah, bu yaşda mənim gördüyüm insanların beli bükülüb, dişi tökülüb, yeriyəndə də qolundan tutan axtarır) pensiyaya göndərirsiniz? Biz işləmək və yenədə işləmək istəyirik. Bizim nə yaşımız var ki, gedib indidən anamızın dizinin dibində oturaq. Maşallah, göz dəyməsin gümrahlığımız, sağlamlığımız yerindədir. Bir sözlə yaz turpu kimiyik. Bir də ulularımız deyib "iş insanın cövhəridir". Çox xahiş edirik, bizi bu gözəl cövhərdən məhrum etməyin.

   Ay canım- gözüm, vallah- billah mən bu "həqiqətə" inanmıram. Burda bir zorən özünü təsdiqləmək var. Heç kimə sirr deyil ki, bu gün ölkədə barmaqla sayılacaq qədər sağlam adam var. Ucdan tutma hamı xəstədir, nasazdır. Kimi dindirirsən səhhətindən şikayət edir. Onlar da pulsuzluqdan, imkansızlıqdan müalicə olunub sağlamlığını bərpa edə bilmir. Kimsə deyə bilər ki, pulsuzlar, imkansızlar üçün dövlətin pulsuz tibb müəsissələri var, orda müalicə olunsunlar.

  Dövlət dedi, siz dediniz, xalq da inandı. Dövlətin və sizin dediyiniz o pulsuz "xəstəxanalarda" işləyən, sizi müalicə edən həkim qardaşınız, bacınız, əminiz, xalanız, bibiniz oğlu, qızı belə olsa sizdən pul almasa sizə baxmaz. Çünki bunu yuxarılar tələb edir. Bunun üçün də qardaşının, bacısının, əmisi oğlunun və daha kimlərin dərisini (cibini yox ha) soymalıdır.

   Sizləri bilmirəm. Mənə görə bu gün ölkədə salamı da pulla verirlər. Pulun yoxdursa, kasıbsansa sənin salamın kimə və nəyə lazımdır? Rüşvət verib, rüşvət almasan yaşaya bilməzsən. Bu qaydaya əməl etməsən işsiz-gücsüz qalacaqsan.

   Rəhmətlik şair Osman Sarıvəlli deyirdi: "Kim yüz il yaşamasa günah onun özündədir". Düzdür o vaxt yüz il yaşayan da, yaşamayan da pensiya alırdı. Amma bu gün bizim "başbilənlər" açıq-aşkar deyirlər ki, kim Şirəli Müslümov kimi 155 il yaşamasa ona pensiya yoxdur. Şirəli kişi təmiz hava udub, yağ-bal yeyirdi, üstündən də göz yaşı kimi bulaq suyu içirdi, ürəkdən də bir "oxay"deyirdi. İndiki insanlar isə qayğı yüklüdür, dərdi-səri başından aşır. Yediyi də şor çörəkdir. Şor çörəklə də ki, sağlam yaşamaq ağla sığmazdır.

   Keçən il kəndimizdəki qəbristanlıqdakı doğmalarımı ziyarət etməyə getmişdim. İlahi, bütün kəndin camaatı ordaydı ki. Hamsının da doğumu ilə ölümü arasndak tarix 50- 60 yaş arası. Öz- özümə fikirləşdim: Deyəsən belə getsə bundan sonra ölkədə olan pensiyaçıları barmaqla saymaq lazım gələcək. Ay millət, dünənə aldanman, bu gün uzunömürlülük yoxdur. Onu pul cəmiyyəti insanların əlindən alıb.

   Bu günün gündəmində olmağın, yaddan çıxmamağın, mən də varamın bircə yolu var. O da hansısa tarixi şəxsiyyətlərə, millətinə, soyuna qarşı çıxmaq, ona çamur, böhtan atmaqdır. qara yaxmaqdır. Çamırçılara, böhtançılara, qara yaxanlara elə gəlir ki, sərsəm, ağla gəlməz fikirləri, düşüncələri dövrüyəyə buraxmaqla məşhur olmaq, hörmət qazanmaq olar, hər kəsin fikri, diqqəti onlarda olar. Amma xalqın gözü tərəzidir, xalq hər şeyi yaxşı bilir və görür.

   Soyunu gizlədənlərdən, əslini dananlardan hər şey gözləmək olar. Hətta onlar Torpağı, Vətəni belə satarlar. Yəqin ki, ölkə əhalisinin əksəriyyəti Arif Rəhimzadəni yaxşı tanıyır, onun nə işlə də məşğul olduğunu gözəl bilir. Uzun illər məsul vəzifələrdə olan, Milli Məclisdə oturan bu millət, dövlət "xidmətçisi" rusiya mətbuatına müsahibə verəndə deyib ki, bəs biz türk yox, təmiz azərbaycanlıyıq. Bununlada ölkəni qatıb bir-birinə, hamının da diqqətini yönəldib özünə. Hara gedirsən,kiminlə rastlaşırsan Arlf müəllimdən danışır, onun dediklərini müzakirə edir. Millətinə atdığı bu yalanı, böhtanı ilə kişi əməlli- başlı gəlib gündəmə və olub məşhuri cahan.

  Arif müəllim, siz kim olduğunuzu özünüz bilərsiniz, amma biz təmiz türkük. Bizim adımızdan danışmağa da sizin heç haqqınız yoxdur. Bu gün olmasa da, sabah bu xalq sizi yamanlayacaq, millətinə dönük adlandıracaq. Belələri bir, iki nəfər olsaydı, dərd yarıydı. Qınaqlar,etirazlar da bu qədər geniş vüsət almazdı.

    Ölkənin məşhur akademiki Çingiz Qacar isə bir müsahibəsində deyir ki, bizim ən qatı və qəddar düşmənimiz ruslar yox, türklər olub. Onun bu fikirlərinə də güclü baş qaldırıb və akademik sudan özünü quru çıxarmaq üçün Türküstan. info- yla müraciət edib. O müraciətində deyir: "...o uzaq zamanlarda Azərbaycanın ən böyük düşmənlərindən bir türklər olub". Bəh,bəh, özünü doğrultmağa bax də!

  Başqa bir "ziyanlı" (ziyalı yox ha) özünü yeyib tökür ki, Şah İsmayılın qanında xristian qanı var. Bundan soruşan lazımdır ki, ay zalım oğlu, sən öz qanının tərkibini bilirmisən? Başlamısan 500 il bundan qabaq yaşamış şəxsiyyətin qan tərkibindən danışmağa.

  Mənə elə gəlir ki, millət, tarix haqqında bir kəlmə yanlış söz deyən, yazan adam Vətən xaini adlandırılmalı və cəzalandırılmalıdır.

  Məhərrəm Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam