Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YADIMA DÜŞDÜ KÖHNƏ GÜNLƏR

                                                   

 

     

      Yenixeber.org:  O günü "20 Yanvar" metro stansiyasının yanındakı çayxanada bir dostumla ağacların kölgəsində oturub çay içirdik. Onunla müntəzəm olaraq dərdləşdiyimiz, fikirlərimizi bölüşdüyümüz, hərdən bir də mübahisə elədiyimiz çayxana metronun sağ tərəfə çıxışında ağacların içində yerləşir. Bura bir elə də səliqə-səhmanlı olmasa da, müştərisi çox olur. Ona görə ki, bu çayxananın həyətindən gündə yüzlərlə sərnişin dolu maşınlar rayonlara yola düşür. Sürücülər boş maşınlarını burda parklayır, sonra da müştəri axtarışına çıxırlar. Elə ki, sərnişinlərin sayı düzəldi yola düşürlər. Elə bilmən ki, çayxananın həyətinə elə-belə girib, çıxırlar. Qətiyyən. Haqq verirlər. Həmi çayxanaya, həmi də hasardan qıraqda boynunu büküb dayanan polis nəfərlərinə.

   Görüş yerini dəyişmədiyimiz yer hər zaman qələbəlik olur. Burada ağız deyəni qulaq eşitmir. Metronun çıxacağında dayanıb var səsiylə müştəri çağran sürücülər və onları qovmağa "çalışan" yol polisi əməkdaşları. Çalşan sözünü dırnaqda niyə yazdığımı yəqin ki, başa düşdünüz. O günü yenə dostumla oturub çay içirdik, bir balaca sakitlik idi. Çox təəssüf ki, bu müvəqqəti sakitlik çox sürmədi. Yol polisi əməkdaşlarının oturduqları maşınlardan iyrənc, ürək bulandıran, adamın əsəblərini yerindən oynadan, məsul şəxslərin yeddi arxadönənini söyməyə məcbur edən zəhlə tökən bağırtıları eşidilməyə başladı. 569 (rəqəmlər şərtidir),322, 953, 442, 867, 092 və s. maşını ordan götür, ə,səni bayaq qovmadım? Ə,sənin üzündə heç abır, həya yox imiş ki.  Adama sözü nə qədər deyərlər?- kimi ət tökən sözlərdən, güclü səs siqnalarından camaatın canı boğazına yığılıb. Bu qədər abırsızlıq, həyasızlıq, iyrənclik, rəzillik və s. olmaz axı! Bu nə komediyadır göstərirlər? Milli Məclisin qəbul etdiyi qanunlar bunlar üçün bu qədərmi dişsiz, kəsərsiz oldu? Niyə bu iribuynuzlulular dövlətimizə və dövlətçiliyimizə bu qədər hörmətsizlik, sayğısızlıq  edirlər?! 

  Dövləti və dövlətçiliyi qorumaq, onun qanunlarının toxunulmazlığını hər kəsə anlatmalı olan qanun keşikçiləri  niyə bu qədər işlərinə laqeyib və məsuliyyətsiz yanaşırlar? Hadı müəllim şikayət edir ki, insanlar qənaətçil deyillər, onu bacarmırlar, israfçılığa yol verirlər. Hörmətli Hadı müəllim bilmirmi ki, gündə "20 Yanvar" metrosu əhrafında onlarla polis maşını qulaq batırıcı siqnal verə- verə sağa- sola çapırlar.

BİTMƏYƏN YALANLAR:

Onların işlətdiyi yanacaq kimin cibindən gedir? Bu dövlətin büdcəsinə ziyan deyilmi? Sizlər niyə öz səhvlərinizi görmürsünüz? Bu ölkədə sizlərdən ağıllıları yoxmu? Günaşırı döbrüyəyə məntiqə uyğun olmayan bir söz buraxırsınız və özünüz onun tərsini eləyirsiniz. Olmazmı qanunu güclü yumuruq kimi qeyri-qanunu faəaliət göstərənlərin qarşısında olmazı qətiyyətlə vurasınız və qarşısında da iri bir nida işarəsi qoyasınız?

  Mən həyasız-həyasız tez-tez özünü "20 Yanvar"a verən, "qapıdan"qovulanda "pəncərə"dən girən sürücüləri də qınamıram. Onların da ailəsi var. Axşam evə çörək pulu aparmalıdırlar. Aparmasalar və yaxud apara bilməsələr ailənin yanında başı aşağı olacaqlar. Hətta bəziləri arvadın köntöy baxışıyla qarşılaşacaq, "fərsiz kişi"yarlığı alacaq. Bir sözlə kişi imicinə xələl gələcək. Söz- söhpət olacaq, ailə dağılacaq, intihar hadisəsi baş verəcək.

  Deyirəm bu zəhirmar qarınkı var, insanı hər yola çəkir. Halalı, haramı da bilmir. Onu hansı yolla, nəylə olur, olsun doyurmalısan. Allah eləməmiş bir neçə gün ac qalsa qaradvoy fiti kimi sahibinin və ətrafdakıların baş-beynini quruldamaqla xarab edəcək. Bunu heç istəməyən bir para qarın sahibləri isə dinclik nədir bilmirlər. Bəzən bunun üçün oğurluğa, quldurluğa və cinayətə belə əl atırlar. Bütün bunların qarşısını almaq, qanunun aliliyini təmin etmək üçün bircə yo var- o da yeni-yeni iş yerlərinin açılması, işsiz insanların  işlə təmin olunmasıdır. Yoxsa kimin maşını var özünü verir "xaltura"ya. Beləliklə də hər yerdə basabas, tıxac yaranır, insanlar əziyyət çəkirlər.

  Bilirmisinizmi polislərin səsgücləndiricilərlə maşınların axırıncı nömrələrini çağrmalarını eşitdikdə yadıma nə düşdü? Bilmirsiniz.  İndi mən deyəcəm. Siz də bir ağızdan deyəcəksiniz "hə". Düz deyirsən. Eləsə deyim. Keçən əsrin 90-cı illəri. Onda təzəcə müstəqilliyə qovuşmuşduq. Ölkədə bir başı pozuqluq, başlı başını saxlasın, anarxiya höküm sürürdü. İt yiyəsini, yiyəsi də itini belə tanımırdı. Köhnə qanunlar işləmirdi, yeniləri də hələ qəbul edilməmişdi. İri-iri vəzifələri səriştəsiz, bacarıqsız adamlar tutmuşdular. Heç kimi dindirmək olmurdu, hamı qan-qan deyirdi. Kiməsə irad tutmaq, qınamaq mümkünsüz idi. Bir balaca səsini çıxarsan ən azından başına bir qapaz ilişəcəydi. Bir sözə dərə yiyəsiz tülkü bəy idi.

  Zavodlar,fabiriklər bağlanmışdı, işə- gücə gedən yox idi. Hamı avaralanırdı. Adam da avara olanda çox işə qurşanır:  qumar oynayır, araq içir, siqaret çəkir, narkotik maddə satır. Bunların hamsı o vaxt çox geniş yayılmışdı. Çayxanalarda, iaşə ocaqlarında, mehmanxanalarda, bir sözlə harda imkan vardı orda şıdırığı qumar gedirdi. Loto oyunu, üskük oynatmaq daha papulyar idi. Qumarbazlar çayxanalarda torbadan çıxardıqları daşların rəqəmlərini mikrafonla deyirdilər. 8, 12, 44, 52, 66.....və s. Belə yerlərdə dava-dalaş, hətta xəsarət alma, ölüm də olurdu. Çox keçmədi ki, bütün bu yaramazlıqlara son qoyuldu, qumarxanalar bağlandı.

  Yaxşı ki, dünən dünəndə qaldı. Amma dünəndə qalan dünənin arxasınca bəziləri çox ucadan, çox kinli, qəzəbli, nifrətli və qəzəbli danışırlar. O haxt hakimiyyətdə olanları bacarıqsız, səriştəsiz və hətta bivec adlandırır. Mənim də bu gün kimlərinsə əl-üzünü yumağa nə həvəsim, nə də istəyim var. Kimin kim olduğunu hər kəs gözəl bilir. Amma hamı susur, ağrımayan başına dəsmal bağlamaq istəmir. Çünki deyilən eşidilmir, yazılan oxunmur. Deyən də, yazan da "cəhənnəmə" deyib canını qurtarır. Və bu cəhənnəmə kimi davranışımız bizi qanunların aliliyindən, onun qorunmasından çox uzaqlaşdırır.

  Milli Məclisdə 125 deputat qanun qəbul edir. Qəbul edilən qanun kağıza yazılır və oradada qalır. Əcabə, bu deputatlar üçün hörmətsizlik, saymamazlıq deyil? Mən zəhmət çəkim, beynimi yorum, qanun qəbul edim, o da işləməsin, kağız üzərində qalsın. Niyə? Bax, bu niyə sualı adamı yandırıb, yaxır, əsəblərini pozur. Və beləcə vətəndaş hökümətə, dövlətə,Milli Məclisə olan inamını itirir. İnamsız yaşamaq insan üçün ən ağır xəstəlik kimi bir şeydir. Əvvəl axır onu məhv edir. Yuxarılar, aşağılar, gəlin yaxşı yaşamağa, qanunla yaşamağa özümüzü öyrədək. Vallah, billah onda həyatımız işıqlı, nurlu olacaq! Nurlu, işıqlı səhərlər isə insanı gələcəyə aparır, özü də gözəl gələcəyə.

 

 

                                                            

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam