Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"QAZ SABOTAJI"NDA MƏQSƏD NƏDİR? -"SOCAR bu məsələdə məsuliyyət daşıyır"

azeriqaz
Son vaxtlarda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrində qaz verilişini dayandırması mütəmadi xarakter alıb.
Xeberinfo.com:   O gün yoxdur ki, Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrinin hansındasa  qaz verilişinə məhdudiyyətlər qoyulmasın. Və bu qaz verilişi məhdudiyyətləri   6-8 saat, hətta, daha çox çəkir. Havalar soyuq olanda isə bir çox hallarda axşam saatlarında qaz kəsilir və insanları gecələr qazsız qoyurlar. Onsuz da əziyyət içində inləyən vətəndaşlar  soyuqdan donmamaq, həyatda qalmaq uğrunda mübarizə aparır.
Məsələ ilə bağlı  “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edəndə də, o, deyir ki,  xəttlərdə təmir işləri gedir və axşam saatlarında qazın verilişi təmin olunacaq.
Bu gün də yenə də Abşeron rayonunun bir sıra yaşayış məntəqlərində qaz verilişi dayandırlıb. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət etdik.
O, bildirib ki, “Qaradağ” xəttində təmir işləri getdiyi üçün qaz verilişi dayandırılıb. Vər hər zaman olduğu kimi, yenə də qazın verilişinin axşam saatlarında bərpa olunacağını deyib. Ancaq “Azəriqaz” İB deyilən zamanda yox,  bir neçə saat sonra qaz verilişini bərpa edir. Və bunu da özlərinə “qənimət” bilirlər.
 
Burada bir məqamı da ədalət naminə demək lazımdır ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev ictimaiyyət açıq və istənilən məlumatı verən bir məmurdur. Bizlərsə onun işindən deyil, sadəcə, təmsil olunduğu təşkilatın rəhbərliyinin yarıtmaz fəaliyətindən narazıyıq.
rovnaq-1
Axı, “Azəriqaz” İB niyə vaxtında qışa hazırlıq işləri ilə məşğul olmur ki, qışın bu oğlan çağında da  qaz verilişini kəsməklə, xalqı ölkə başçısından narazı salır?! Bax, maraqlı məqam burasındadır. Niyə zamanıda,  isti havalarda qaz kəmərlərindəki nazasılığı aradan qaldırmır?! Gözləməlidir ki, hansısa qaz kəmərində partlayış və digər hansısa qəza baş versin, insanlara, dövlətə ciddi ziyan dəyin, ondan sonra hansısa  təmir-bərpa işləri aprsın?.. Bu işləri də keyfiyyətsiz görərək, yeni problemlərə yol açsın?.. “Azəriqaz” İB bu fəaliyyəti ilə vətəndaşları avam yerinə qoyur, yoxsa,  dövlət başçısının  əhalinin sosial vəziyyətinin yaxşılaşdırılamsı iqtiqamətində həyata keçirdiyi siyasəti sabotaj edir?.. Hələ biz istehlakşıya verilən qazın keyfiyyətindən danışmırıq…
“Azəriqaz” İB  xalqın qazını kəsməklə işini bitirmiş hesab etmir.  Belə ki, qaz verilişi bərpa olunduqdan sonra  smart kart aparatlarında da ciddi problem yaranır. Yəni, smart kart aparatları koda düşür və qaz bərpa edildikdən sonra evlərə qaz gəlmir. Bu da bir çox hallarda ciddi  faciələrə  gətirib çıxarır. Misal üçün deyim ki,  fevralın 16-18-da Ceyranbatanda  qaz verilişi dayandırılmışdı.  Qaz verilişi bərpa ediləndə isə qəsəbənin demək olar ki, yarısında smart kart aparatında   belə problemlər yaşandı. Koda düşən  smart kartı bərpa etmək üçünsə gərək vətəndaş yenidən kartına bir manatlıq qaz yükləməlidir. Elə oldu ki, bir çox insanlar  bu halı bir neçə dəfə təkrara etdikdən sonra  koda düşən smart kart aparatının kodunu aça bildi. Bəlkə birinin  maddi imkanı yoxdur?  Bəlkə onun yaşadığı yerdə terminal yoxdur və ya işləmir? Onda nə etməli? Vətəndaş ölməlidirmi?
akbar haciyev
Ancaq “Azəriqaz” İB-də çalışan  və adının çəkilməsini istəməyən əməkdaşlarından  Gununsesi.info-ya verdiyi məlumata görə, SOCAR əslində qaza qənaət etmək üçün bu taktikadan istifadə  edir. “Azəriqaz” İB bu fəaliyyəti ilə əslində  istehlakçının hüquqlarını kobud surətdə pozur.Və bu hərəkətinə görə “Azəriqaz” İB məhkəmə qarşısında cavab verməlidir.
İqtisadçı ekspert Qadır İbrahimli isə əhalinin  üzləşdiyi qaz probemi ilə bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, qaz təchizatı ilə bağlı problemlərin yaranması SOCAR-ın yarıtmaz fəaliyyəti ilə bağlıdır:
“Əhaliyə satılan təbii qazın qiyməti 33 dəfə bahalaşdığı halda qaz təchizatında heç bir irəliləyiş yoxdur. Bu SOCAR-dakı total korrupsiya mühiti ilə bağlı bir məsələdir – qaz xəttlərinin təmirinə ayrılan pullar korrupsiya yeminə çevrilir, işlər vaxtında görülmür və natcədə qazın verilməsində fasilələr yaranır”.
İqtisadçı ekspert  hesab edir ki, SOCAR bu məsələdə məsuliyyət daşıyır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam