Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəriqaz”ın sayğac bəhanəsi -PROBLEM

 

“Azəriqaz” İstehsalat Birliyi son bir neçə ildir ki, müntəzəm olaraq “təmir-quraşdırma, yeni xətlərin birləşdirilməsi və ya sağlaclaşdırma” kimi bəhanələrlə az qala hər gün bir neçə rayonun və ya yaşayış məhəlləsinin qaz təchizatını məhdudlaşdırır.

Yenixeber.org:  Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri də 20 gündür qaz üzünə həsrət qalıb. Səhər saat 9-dan axşam saat 7-dək qazın verilişi dayandırılır. Səbəb eynidir, qəsəbədə fərdi yaşayış evlərində yeni sayğaclar quraşdırılır, ana xətt təmir olunur.

Virtualaz.org saytının redaksiyasına ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərdə isə göstərilir ki, Bakıətrafı kənd və qəsəbələrə, məsələn, Suraxanı rayonu, Hövsan, Bülbülə qəsəbəsi, Zığ kəndi, Abşeron rayonu Mehdəbad qəsəbəsi və sadalamadığımız digər yaşayış massivlərinə qazın fasilələrlə verilməsi adi haldır. Amma ölkənin qaz təchizatı sistemində problemlər təkcə qaz verilişinin müvəqqəti dayandırılması ilə məhdudlaşmır. Bir çox rayonlarda, xüsusilə də kənd və qəsəbələrdə qazın təzyiqi həddən artıq aşağı olur. Hətta günün müəyyən vaxtlarında təzyiq o qədər azalır ki, qaz cihazları işləmir.

“Azəriqaz”ın “qaynar xətt” xidməti isə standart açıqlama ilə vəzifəsini bitmiş sayır: “Müvəqqəti çətinlikdir, sayğacın quraşdırılması və ya təmir-profilaktika üçün ana xəttin bağlanmasına ehtiyac var. Lakin prosesin nə vaxta qədər davam edəcəyi söyləyə bilmərik”.

İstehsalat Birliyinin yayda qışa hazırlıq, qışda temperaturun aşağı düşməsi kimi bəhanələri isə bitib-tükənmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam