Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Tullantılara ikinci nəfəs verən muzeydən – FOTOREPORTAJ

Tullantılara ikinci nəfəs verən muzeydən – FOTOREPORTAJ

 

 

Bəlkə də, çoxlarımızın xəbəri yoxdur ki, Azərbaycanda nəinki tullantılardan əsərlər yaradılır, hətta həmin əsərlərin təqdim olunduğu muzey də var.

Yenixeber.org:   Burada yerli və xarici sənətkarlar artıq hesab etdiyimiz, gərəkli olmayan vasitələrdən istifadə edərək, müxtəlif forma və konsepsiyalarda sənət əsərləri yaradır.

Kənardan bu müasir binaya baxanda, insanın ağlına belə gəlməz ki, onun içində tullantılardan, istifadə olunmayan əşyalardan hazırlanan sənət əsərləri nümayiş olunur.

Həmin sənət əsərləri insanı təkcə tullantıdan hazırlanmaları ilə maraq kəsb etmir, həm də formaları, ideyaları, təqdim olunma şəkilləri ilə beyində həkk olunur.

Nə vaxtsa istifadə etdiyin, gözünün qabağında olan, lakin sonradan tullantıya çevrilən əşyanı burada, sənət əsərinin tərkibində görmək insana əvəzolunmaz hisslər yaşadır.

 “Tullantıdan sənətə” muzeyi 2015-ci ildən fəaliyyət göstərsə də, eyniadlı sərgi 2012-ci ildən təşkil olunur. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində həyata keçirilir.

Muzeyin arxa hissəsində 10-15 oktyabr tarixlərində keçirilmiş VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisində təqdim olunmuş əsərlər yerləşir.

Bu il sərgidə 9 ölkədən 25 sənətkarın əl işləri nümayiş olunub. Sərgi bitdikdən sonra bu əsərlərin bir qismi muzeyə köçürülür, digərləri isə xüsusi məkanlarda saxlanılır. Ümumilikdə isə, 5 il ərzində “Tullantıdan sənətə” sərgisində 36 ölkədən 140-dək sənət adamı iştirak edib.

Muzeyin 360 dərəcəlik virtual videosu mövcuddur və buraya gəlmək imkanı olmayan şəxslər virtual olaraq muzeyə səyahət edə bilərlər. Muzeyə giriş pulsuzdur və həftənin 6 günü fəaliyyət göstərir.

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam