Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Estoniyanın dövlət başçısı -Azərbaycan Prezidentini təbrik etdi

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi, tərəqqi və əmin-amanlıq arzularımı çatdırıram.

Mən bizim hamımızın COVID-19 pandemiyası ilə bağlı çağırışlarla üzləşdiyimiz bir vaxtda Azərbaycan xalqına dəstəyimi ifadə etmək istərdim. Pandemiya bir-birimizdən nə dərəcədə asılı olduğumuzu nümayiş etdirir və həll yollarının yalnız yaxın əməkdaşlıq vasitəsilə tapıla biləcəyini göstərir. Ümid edirəm ki, bizim ölkələrimiz ikitərəfli əsasda, habelə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyət göstərməkdə davam edəcəklər. Həmçinin icazənizlə vurğulayım ki, Estoniya Şərq Tərəfdaşlığının möhkəm tərəfdarıdır və tərəfdarı olaraq qalacaqdır. Estoniya, həmçinin Avropa İttifaqı ilə onun qonşu tərəfdaşları arasında yaxın münasibətləri təşviq etməkdə davam edir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam