Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Fransada-koronavirus xəstələrinin sayı azalır

 

 

Fransada koronavirus infeksiyası diaqnozu ilə xəstəxanalarda müalicə edilənlərin sayında azalma müşahidə edilir.

Yenixeber.org: Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Rəsmi məlumatda deyilir ki, "hazırda ölkənin xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 16 798 nəfər (bir həftə öncə bu rəqəm 19 015 təşkil edirdi - red) müalicə edilir".

Son 24 saat ərzində xəstəxanalara COVID-19 diaqnozu ilə daha 342 pasiyent daxil olub.

Hazırda tibb müəssisələrinin reanimasiya şöbələrində 1 609 xəstə (bir həftə öncə bu rəqəm 1 998 təşkil edirdi - red) müalisə olunur. Son sutkada reanimasiya şöbələrinə 45 pasiyent daxil olub. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı bazar günü ilə müqayisədə 46 nəfər azalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam