Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Türk təyyarəsi rus müdafiə sistemini vurdu - Ölənlər var

 

 Liviya Milli Birlik Hökumətinin ordusuna məxsus Türkiyə istehsalı olan pilotsuz təyyarə paytaxt Tripolidən 140 kilometr məsafədə yerləşən Vatiyyə hərbi bazasına hava zərbələri endirib. 

 Yenixeber.org: Hava hücumu nəticəsində Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib.

Ölənlərin olduğu bildirilir. Məlumata görə, müdafiə sistemi general Xəlifə Haftarın nəzarətindəki bazaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu son bir ay ərzində bazaya 8-ci hücumdur. General Xəlifə Haftarın nəzarətindəki qüvvələr Tripoliyə hücumlar zamanı əsasən bu bazadan istifadə edir. Əlavə edək ki, Türkiyə, BMT-nin tanıdığı Milli Birlik Hökumətinə fəal hərbi dəstək verir. Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin də aralarında olduğu bəzi dövlətlər isə Xəlifə Haftarı dəstəkləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam