Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

İdman Nazirliyi və MOK-dan birgə- BƏYANAT

 

 

Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə Olimpiadanın təxirə salınmasından sonra görüləcək işlərlə bağlı birgə bəyanat yayıb.


Yenixeber.org: Həmin bəyanatı təqdim edirik:


“Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (COVID-19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab almışdır.
 

Azərbaycan müstəqilliyi dövründə Olimpiya Oyunlarında daim fəal iştirak etmiş və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın Oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb. 


Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:


– Oyunların başlanmasına qalan bir il ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması; 


– 2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmiş idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;


– federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;


– gənc və perspektivli idmançılarla işin gücləndirilməsi; 


– karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplanışlarının davam etdirilməsi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam