Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

III Avropa Oyunlarını keçirmək üçün növbəti namizəd

Rusiyanın Kazan şəhəri bu oyunların keçirilməsi üçün ərizə təqdim edib.

Yenixeber.org: 2023-cü ildə baş tutması planlaşdırılan III Avropa Oyunlarını keçirmək istəyən ikinci namizəd məlum olub.

Rusiyanın Kazan şəhəri bu oyunların keçirilməsi üçün ərizə təqdim edib.

Rusiya Olimpiya Komitəsi Tatarıstanın paytaxtının bu istəyini dəstəkləyib.

“Kazan şəhəri Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib. Rusiya Olimpiya Komitəsi bu qərarı dəstəkləyir və bunu həyata keçirmək üçün tam dəstək göstərməyə hazırdır”, - təşkilatın rəhbəri Stanislav Pozdnyak deyib.

Onun sözlərinə görə, Avropa Oyunları ilbəil daha əhəmiyyətli idman hadisəsinə çevrilir.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.

Bu ilin əvvəlində Polşa Katovitse şəhəri III Avropa Oyunlarının keçirilməsi üçün ərizəsini təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam