Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Bakıda gənc liderlərin Qolobal Forumu keçiriləcək

    

Bakıda gənc liderlərin Qolobal Forumu keçiriləcək
24 sentyabr tarixindən etibarən paytaxt Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu öz işinə başlayacaq.
Yenixeber.org: Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 120-si əqli və fiziki imkanları məhdud, 100-ü isə gənc lider olmaqla keçiriləcək forum 27 sentyabr tarixinədək davam edəcək.

Forum, Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçirilir. Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi və digər məşhur idmançılar tədbirə qatılacaqlar. Futbolçu Kafu, eyni zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.

Bir neçə gün davam edəcək iclasın proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü- inklyuziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam